Valyuta.com

Diş ətinin iltihabı ürək xəstəliklərindən xəbər verir

Diş ətinin iltihabı ürək xəstəliklərindən xəbər verir

ABŞ-ın Massaçusets Universitetinin elmi işçiləri bu qənaətə gəliblər ki, ürək xəstəlikləri ilə diş ətinin iltihabı prosesi arasında birbaşa səbəb-nəticə əlaqəsi var və iltihabın doğurduğu diş əti ağrısı ürək-damar sistemi xəstəliklərinə işarə edən əlamətdir.
Amerika ekspertlərinin hələ 2013-cü ildə ilk dəfə irəli sürdükləri nəzəriyyəyə görə, diş ətinin bakterial iltihabı (periodontit) və arteriyaların elastikliyin itirilməsi (ateroskleroz) təkcə ümumi iltihab nəticəsində yaranmır, habelə qarşılıqlı surətdə əlaqədardır. Alimlər son tədqiqatlar nəticəsində ağız boşluğunda iltihab prosesinin zəifləməsinə kömək edən molekulu seçərək, həmkarlarının əvvəlki nəzəriyyəsini təsdiq ediblər.

Məlum olub ki, diş əti üçün iltihab əleyhinə gel aterosklerozdan əziyyət çəkən insanlarda arteriyaların divarlarını nazildir: belə nəticə “pis” xolesterinin 30 faizinin itirilməsinə bərabərdir. Tədqiqatçıların sözlərinə görə, dişlərə və diş ətinə qulluq etmək çox vacibdir. Ağız boşluğunun yaxşı vəziyyətdə olması orqanizmi ateroskleroz, hipertoniya və diabet kimi xəstəliklərdən müdafiə edir. Ağızda iltihabın ilk əlamətlərini görən kimi dərhal həkimə müraciət etmək lazımdır. Bu, təhlükəli ürək xəstəliklərini vaxtında üzə çıxartmağa və müalicə etməyə kömək edir.шаблоны для dle 11.2





Mart 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova