Valyuta.com

Uşaq gündə bir saatdan çox kompüter oyunları oynamamalıdır

Uşaq gündə bir saatdan çox kompüter oyunları oynamamalıdır

Oksford Universitetinin alimlərinin fikrincə, uşağın hansı videooyunlara diqqət yetirməsi deyil, onun bu oyunlara sərf etdiyi vaxt əhəmiyyətlidir. Tədqiqatçılar sübuta yetiriblər ki, hiperaktivlik əsasən kompüter oyunlarına gündə üç saatdan çox vaxt sərf edən uşaqlarda müşahidə olunur. Həm də oyunun janrı uşaqların davranışına heç bir təsir göstərmir.
Alimlər 12-13 yaşlı 200 məktəbli arasında sorğu apararaq, müxtəlif çeşidli kompüter oyunlarının təsirini təhlil ediblər. Onlar şagirdlərin müvəffəqiyyət dərəcələrini və davranışlarını ikinci təhlil şkalasında göstəriblər.
Gündə üç saatdan çox videooyunu oynayan uşaqlarda hiperaktivlik daha çox müşahidə olunub. Üstəlik, həm döyüş, həm strategiya, həm də təfəkkür oyunları uşaqlara eyni dərəcədə təsir göstərib. Alimlər valideynlərə uşaqların virtual əyləncələrinə məhdudiyyət qoymağı və onlarda real vərdişləri inkişaf etdirən alternativ asudə vaxt təşkil etməyi məsləhət görürlər.шаблоны для dle 11.2





Mart 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova