Valyuta.com

ÜST-nin yeni mərkəzi dünyanı pandemiyalardan qorumağa yardım edəcək

ÜST-nin yeni mərkəzi dünyanı pandemiyalardan qorumağa yardım edəcək

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Berlində açılan yeni Operativ-Analitik Məlumat Mərkəzi gələcək pandemiyaları daha səmərəli şəkildə proqnozlaşdırmağa və bəşəriyyəti onlardan qorumağa imkan verəcək. Bunu yeni mərkəzin açılışında ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus və Almaniya kansleri Angela Merkel deyiblər.
“Dünya pandemiyaya çevrilə biləcək yeni epidemiyaları aşkarlamağı və nəzarət tədbirlərini real vaxtda izləməyi, yəni epidemiya və ya pandemiya risklərinin idarə edilməsi üçün təsirli sistem yaratmağı öyrənməlidir”, - deyə ÜST-nin rəhbəri bildirib.
Yeni mərkəz pandemiya və epidemiyalar haqqında məlumatın toplanması üçün qlobal platforma olacaq və dünyada ən böyük informasiya şəbəkəsinə çıxışı təmin edəcək. Bu, ictimai sağlamlıq təhdidlərinin izlənilməsində və onlara hazırlaşmaqda istifadə ediləcək məlumatların emalında yenilikləri stimullaşdırmağa imkan verəcək. Ən əsası, mərkəz sayəsində qlobal səviyyədə təcrübə mübadiləsi aparmaq və mövcud bilikləri genişləndirmək mümkün olacaq.
“Epidemiyalara və pandemiyalara hazırlıq üzrə bütün işlər bu və ya digər xəstəliyin yayılmasından əvvəl aparılmalıdır”, - deyə doktor Tedros Gebreyesus vurğulayıb: “Məlumatların ötürülməsi və təhlili, xəstəliklərin erkən mərhələlərində, onlar yayılmadan, ölüm halları çoxalmadan və cəmiyyəti məhv etmədən təhdidlərin aşkar edilməsi və qiymətləndirilməsi qabiliyyətinin artırılması ÜST-nin yeni mərkəzinin diqqət mərkəzində olacaq”.
ÜST rəhbəri bu vacib təşəbbüsü dəstəklədiyinə görə Almaniyaya və onun kanslerinə minnətdarlığını bildirib. AFR ilkin olaraq 100 milyon dollar məbləğində ödəniş edib. Mərkəz hələlik Berlində Şarite Tibb Universitetinin ərazisində yerləşib, lakin tezliklə öz binasına köçəcək. Ona Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin hazırkı Baş direktoru Çikve Tekveazu rəhbərlik edəcək.
Berlin Operativ-Analitik Məlumat Mərkəzi ÜST-nin Fövqəladə Hallar Proqramının tərkib hissəsi olacaq. Proqramın rəhbəri Mark Rayan bildirib: “COVID-19 göstərdi ki, uzun illər ərzində qoyulan investisiyalara baxmayaraq, planetin bütün sakinlərini təhdid edən epidemiya təhlükəsinin proqnozlaşdırılması, aşkar edilməsi, qiymətləndirilməsi və cavablandırılmasında böyük boşluqlar var. ÜST-nin Operativ-Analitik Məlumat Mərkəzi məlumata çıxışı təmin edəcək, analitik vasitələrlə boşluqları dolduracaq, əməkdaşlığı və məlumat mübadiləsini təşviq edəcək və gələcəkdə dünyanı oxşar böhranlardan qoruyacaq təcrübəli ekspertləri bir araya gətirmək məqsədi daşıyır”.шаблоны для dle 11.2





Sentyabr-2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova