Valyuta.com

BMT-də “Yalnız birlikdə” kampaniyasına start verilib

BMT-də “Yalnız birlikdə” kampaniyasına start verilib

Birləşmiş Millətlər Təşkilatı (BMT) COVID-19-a qarşı vaksinlərin bütün dünyada ədalətli və bərabərhüquqlu şəkildə paylanmasının təmin edilməsinə yönəldilmiş “Yalnız birlikdə” adlı yeni qlobal kampaniyaya start verib.
BMT-nin Baş katibi Antonio Quterreş yeni kampaniyanın başlanması ilə əlaqədar müraciətində deyib: “Virus 2,5 milyondan çox insanın həyatına son qoyub. Milyonlarla xəstə bu virusun sağlamlıq üçün təhlükəli olan uzunmüddətli fəsadlarından əziyyət çəkir”.
Baş katibin birinci müavini Əminə Məhəmməd vurğulayıb: “Artıq bir ildir ki, biz başqa insanlarla birlikdə şam etmək, yaxınlarımızla qucaqlaşmaq, məktəbə və işə birgə getmək imkanından məhrumuq. Milyonlarla insan dostlarını və qohumlarını itirib, müxtəlif ölkələrdə çoxsaylı vətəndaşlar dolanışıq vasitələrindən məhrum olub”.
Əminə Məhəmməd qeyd edib ki, yeni vaksinlərin yaradılması üçün misilsiz qlobal elmi səylər virusa qalib gələcəyimizə ümid verir. Bununla bərabər, sayıqlığı itirmək olmaz. Bu ümid yalnız bütün dünya miqyasında birgə iş nəticəsində gerçəkləşə bilər.
BMT-nin rəhbəri Antonio Quterreş hazırda mövcud olan vaksinlərin çox hissəsinin yalnız az sayda zəngin ölkələr tərəfindən istifadə edilməsinə görə narahatlığını bildirib və bir daha vurğulayıb ki, vaksinlər qlobal ictimai sərvət hesab edilməlidir. Baş katib xatırladıb ki, BMT Ümumdünya Səhiyyə Təşkilatının və özünün digər qurumlarının timsalında tarixdə ən böyük qlobal immunlaşdırma kampaniyasının təşkilində ölkələri dəstəkləyir.
“Dünyada heç bir ölkə bu böhrana təkbaşına qalib gələ bilməz”, - deyən BMT rəhbəri vaksin ehtiyatlarının və müvafiq texnologiyaların tədarükünü genişləndirmək və onların paylanmasını sürətləndirmək üçün hökumətləri və şirkətləri əlbir olmağa çağırıb.
“Yalnız birlikdə” (#OnlyTogether) kampaniyasına start verilərkən vurğulanıb ki, dünyamız bu virusun öhdəsindən yalnız bir üsulla - əlbir hərəkət etməklə gələ bilər.
Xatırladaq ki, COVAX layihəsi COVID-19-a qarşı vaksinlərin tədarükü və bölüşdürülməsi üzrə unikal mərkəzləşdirilmiş təşəbbüsdür. Dünyanın 192 dövləti, o cümlədən Azərbaycan da bu təşəbbüsə qoşulub.шаблоны для dle 11.2





MAY

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova