Valyuta.com

Üzü bərpa etmək üçün yeni biosintetik material

Üzü bərpa etmək üçün yeni biosintetik material
Maye halında dəri altına yeridilən yeni biosintetik material sifətə lazımi forma verir və işığın təsiri altında bərkiyərək, zədələr və xəstəliklər nəticəsində üzü eybəcər hala düşmüş insanlara kömək edir.
Cərrahlar metalın və plastik kütlənin köməyi ilə sümük zədələrini aradan qaldırmağı artıq bacarırlar. Lakin xüsusən üzdəki (yanaqlar və dodaqlardakı) yumşaq toxumalarda iri qüsurların aradan qaldırılması hələ də çox mürəkkəb bir məsələdir. Ciddi zədəalma, yaxud şişin götürülməsi nəticəsində üzü eybəcər hala düşmüş bir çox xəstələr həyatları boyu sosial və emosional çətinliklər keçirirlər.
Bu problemi həll etmək üçün Cons Hopkins Universitetinin tədqiqatçıları gialuron turşusundan - yumşaq toxuma qüsurlarını aradan qaldırmaq üçün artıq istifadə edilən bioloji materialdan və polietilenqlikol sintetik polimerindən ibarət yeni biosintetik material hazırlayıblar. Qarışıq maye polimer sonradan ona lazımi forma vermək üçün şpris vasitəsilə (cərrahi müdaxilə etmədən) dəri altına yeridilir. Adi yaşıl işıq diodlarının buraxdığı müəyyən dalğa uzunluqlu işığın təsiri altında iki dəqiqə ərzində implantat bərkiyir.
Gialuron turşusu ilə polietilenqlikol arasındakı müxtəlif nisbətlər müxtəlif dərəcədə elastik və davamlı implantatlar əldə etməyə imkan verir. Polimeri kürəyində dəri altına yeritməklə siçanlar üzərində aparılmış eksperimentlər göstərib ki, ən davamlı implantat variantı orqanizmdə 500 günə tam həll olur. Bu o deməkdir ki, onu təxminən ildə bir dəfə təzələmək lazım gələcək. Lakin ixtiraçılar ümid edirlər ki, implantatlar zədələnmiş yerlərdə yeni toxumanın formalaşmasını stimullaşdıracaq.
Hazırda alimlər köçürülən polimerdə sintetik komponentin miqdarını minimuma endirmək üzərində çalışırlar və bu məqsədlə irimiqyaslı klinik tədqiqatlar aparmağı planlaşdırırlar. шаблоны для dle 11.2





İyun

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova