Valyuta.com

Antonio Quterreş: “COVID-19 təhlükəsi işıq sürəti ilə yayılır, lakin onunla mübarizə apara bilərik”

Antonio Quterreş: “COVID-19 təhlükəsi işıq sürəti ilə yayılır, lakin onunla mübarizə apara bilərik”

Birləşmiş Millətlər Təşkilatında (BMT) koronavirusa qarşı vaksinin hazırlanması zamanı əməkdaşlıq məsələlərinə həsr edilən yüksək səviyyəli görüş keçirilib.
“COVID-19 pandemiyasının sonunu yaxınlaşdırmaq” şüarı altında təşkil olunan tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş koronavirus testlərinin, dərman və vaksininin hazırlanması və paylanmasını sürətləndirə biləcək ACT-Accelerator mexanizminin vacibliyindən söz açıb.
Baş katib COVID-19 pandemiyasını qlobal həmrəyliyin ən ciddi sınağı adlandırıb: “Virusu yalnız birləşərək məğlub edə biləcəyimizi başa düşmək üçün dərin ağıl lazım deyil. COVID-19 bütün dünyada insanları və iqtisadiyyatları təhdid edir. Bu təhlükə işıq sürəti ilə yayılır”.
COVID-19-dan ölənlərin sayının bir milyonu keçdiyini xatırladan BMT rəhbəri deyib ki, yoluxma halları artır, bir çox ölkədə ikinci dalğanın həyəcanverici əlamətləri görünür. O vurğulayıb ki, testlərə və müalicəyə çıxışın genişləndirilməsi və COVID-19 vaksininin həqiqətən hər kəs üçün əlçatan olması hər bir ölkənin milli və iqtisadi maraqlarına cavab verir. Beynəlxalq ictimaiyyət artıq lazımi vasitəyə malikdir – bu, ACT-Accelerator və koronavirus əleyhinə vaksinlərin hazırlanması və istehsalı üzrə beynəlxalq əməkdaşlıq proqramı olan COVAX-dır.
ACT–Accelerator, yəni COVID-19 ilə mübarizə aparmaq üçün vəsaitlərə çıxışı sürətləndirmək təşəbbüsü bu ilin aprel ayında irəli sürülmüşdü. Bu yeni mexanizmin məqsədi COVID-19-un diaqnostika, müalicə vasitələrinin və vaksinlərin hazırlanmasını, istehsalını və ədalətli paylanmasını sürətləndirməkdən ibarətdir.
A.Quterreş xatırladıb ki, ACT-Accelerator sayəsində orta və aşağı gəlirli ölkələrin COVID-19 üçün 120 milyon yüksək keyfiyyətli və ucuz sürətli test ala biləcəkləri elan olunub.
“Aparıcı beynəlxalq səhiyyə təşkilatları, tədqiqat institutları, fondlar və özəl təşkilatlar bu unikal modelin işlədiyini sübut etmək üçün gecə-gündüz çalışırlar”, - deyə Quterreş vurğulayıb. O, maddi dəstəyin kəskin şəkildə artırılmasının lazım olduğunu əlavə edib. Onun sözlərinə görə, ACT-Accelerator-un maksimum mümkün nəticələr verməsi üçün 35 milyard dollar lazımdır. Baş katib bildirib ki, əks təqdirdə, vaksinin istehsalı və alınmasını əvvəlcədən maliyyələşdirmək, onun ehtiyatlarını yaratmaq, elmi araşdırmaları fəallaşdırmaq və ölkələrə çatdırılacaq vaksinlərdən optimal şəkildə yararlanmaq mümkün olmayacaq.
Antonio Quterreş xatırladıb ki, pandemiya hər ay dünya iqtisadiyyatına 375 milyard dollar ziyan vurur. Ötən doqquz ayda 500 milyon iş yeri itirilib. O, yaxın üç ayda hökumətləri və digər tərəfdaşları dəstəyi əhəmiyyətli dərəcədə artırmağa çağırıb.шаблоны для dle 11.2





]Dekabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova