Valyuta.com

Artritin müalicəsinin yolu tapılıb

Artritin müalicəsinin yolu tapılıb

İsveç tədqiqatçıları artritin yaranmasına cavabdeh olan immun hüceyrələrinin fəallığını azaldan iki zülal aşkar ediblər. Bu kəşf yeni növ dərmanlar üçün əsas ola bilər.
İmmun sistemi düzgün fəaliyyət göstərmədikdə sağlam toxuma və orqanlara hücum edərək bir sıra autoimmun xəstəliklər əmələ gətirir. Bunlardan biri revmatoid artritdir. Karolina Universitetinin tədqiqatçıları bu hücumlara səbəb olan əsas mexanizmi aşkar ediblər. Belə ki, immun sistemi infeksiya və allergenlərə cavab olaraq IL-4 və IL-13 zülalları hazırlayır. Alimlər eksperimentlərin gedişində bu zülalların artrit zamanı zədələnən əzələlərdə toplanan çoxlu immun neytrofil-hüceyrələrin davranışını necə nizamlamasını müşahidə ediblər. Məlum olub ki, zülallar neytrofillərin əzələlərə miqrasiyasını dayandırmağı bacarır və bununla da onların iltihabını azaldır.
Bu kəşf revmatoid artritin müalicəsi üçün yeni növ dərmanlar hazırlanacağına ümid verir. Bununla belə, xeyli əlavə tədqiqatların aparılması zəruridir.
Avstraliyalı tədqiqatçılar isə revmatoid artritlə immun sisteminin “yenidənyüklənmə”si hesabına mübarizə aparmağı təklif edirlər. Bundan ötrü orqanizmə müəyyən antigen dəstlərinin olduğu lipid kürəciklər yeritmək lazımdır. Müəlliflərin fikrincə, bu, immun hüceyrələrinin təlimi prosesini dəyişdirməyə imkan verəcək.шаблоны для dle 11.2





]Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova