Valyuta.com

Çox yatmaq ürəyə xeyirlidir

Çox yatmaq ürəyə xeyirlidir
Gecələr 7 saat və daha artıq yatmaq sağlam həyat tərzi sürən insanların ürəyi üçün faydalıdır. “BBC”nin verdiyi xəbərə görə, bu, Niderlanddan olan tədqiqatçıların 10 ildən çoxdur üzərində işlədiyi genişmiqyaslı araşdırma nəticəsində məlum olub.
Niderlandlı alimlər 10 il ərzində 14 min qadın və kişi üzərində təcrübə aparıb və onlarda ürək xəstəlikləri hallarını müşahidə ediblər. Uzunmüddətli təcrübə müddətində onlardan 600-ə yaxın şəxs ürəklə bağlı müxtəlif xəstəliklərə tutulub və 129 nəfəri vəfat edib. Tədqiqatın nəticəsinə görə, mütəmadi olaraq idman edən, sağlam qidalanan, həddindən artıq spirtli içki içməyən və siqaret çəkməyən şəxslərin ürək xəstəliyinə tutulma ehtimalı digərlərindən azdır. Gün ərzində 7 saat və artıq yatmaq isə bu ehtimalı daha da azaldır. Belə ki, sutkada 7 saat yatan, sağlam qidalanan, idman edən, az içki içən və siqaretdən imtina edən şəxslərin ürək-damar xəstəliklərinə tutulma riskinin 65%, bu xəstəlikdən ölmə ehtimalının isə 83% daha az olduğu müəyyən edilib.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova