Valyuta.com

ÜST-nin Avropa konfransında qeyri-infeksion xəstəliklərlə mübarizə müzakirə olunub

ÜST-nin Avropa konfransında qeyri-infeksion xəstəliklərlə mübarizə müzakirə olunub

Aşqabadda (Türkmənistan) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Vədlərə əməl etmək zamanı – Avropada dayanıqlı inkişaf hədəflərinə nail olmaq üçün qeyri-infeksion xəstəliklərlə mübarizə üzrə məsələləri həll edək” devizi altında Avropa konfransı keçirilib. Toplantıda BMT-nin yüksək səviyyəli iclasında götürülmüş öhdəliklərin yerinə yetirilməsi, bunun üçün ölkələrə yardım göstərilməsi məsələləri müzakirə edilib. ÜST-nin Avropa regionunda 2016-2025-ci illərdə qeyri-infeksion xəstəliklərlə mübarizə sahəsində fəaliyyət Planına uyğun olaraq, bu xəstəliklərin profilaktikası məsələlərinə xüsusi diqqət yetirilir.
Konfransda bu sahədə fəaliyyətsizliyə son qoyulması üçün təxirəsalınmaz tədbirlərin zəruriliyi qeyd olunub. İştirakçılar qlobal öhdəliklərin yerinə yetirilməsi üzrə imkanları araşdırıb, regionda bərabərsizliyin azaldılması və ölkə səviyyəsində qazanılmış təcrübənin praktikada tətbiqini də müzakirə ediblər. Fəaliyyət Planına qeyri-infeksion xəstəlikləri törədən dörd əsas risk amili – tütündən istifadə, alkoqolun zərərli təsiri, düzgün olmayan qidalanma və fiziki aktivliyin aşağı olması da əlavə edilib.
Qeyd edək ki, forumda ÜST-nin Avropa regionu üzrə 44 ölkənin nümayəndələri iştirak ediblər. Konfransda Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev və həmin mərkəzin şöbə müdiri Tofiq Musayev təmsil ediblər.шаблоны для dle 11.2





Aprel2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova