Valyuta.com

Dünya əhalisinin yarısı keyfiyyətli tibbi xidmətdən məhrumdur

Dünya əhalisinin yarısı keyfiyyətli tibbi xidmətdən məhrumdur

Dünya əhalisinin 50 faizə yaxını keyfiyyətli tibbi xidmət almaq imkanlarından məhrumdur. Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Dünya Sağlamlıq Günü ilə əlaqədar etdiyi müraciətində bildirib. O qeyd edib ki, hər il 100 milyonlarla insan səhiyyə xərclərini özləri ödədikləri üçün dilənçi vəziyyətinə düşür.
A.Quterreş hesab edir ki, problemin həlli səhiyyə xidmətlərinin hər kəs üçün əlçatan olmasıdır: “Məsələ təkcə səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasından ibarət deyil. Söhbət siyasətdən və daha çox sahələri əhatə edən tədbirlərdən gedir. İnsanların sağlamlığına təsir edən digər amillərə, o cümlədən sosial, iqtisadi və ekoloji cəhətlərə də diqqət yetirilməlidir”.
BMT-nin baş katibi vurğulayıb ki, sağlamlıq hüququ təməl insan haqlarından biridir. Ümumdünya Səhiyyə Təşkilatı xatırladır ki, vətəndaşların istisnasız olaraq bu hüquqdan istifadə etməsi dövlətlərin səhiyyə üçün ayrılan maliyyə vəsaitlərinin artırılmasından asılıdır. Səhiyyə xərcləri büdcəyə artıq yük deyil, əksinə, yoxsulluqla mübarizəyə qoyulan sərmayə, əmək məhsuldarlığının yüksəldilməsi vasitəsi, iqtisadi artımını təmin edilməsi, daha sağlam və ədalətli cəmiyyət quruculuğudur.
Əhalinin gəlirlərinin orta səviyyədən aşağı olduğu ölkələrdə büdcədən adambaşına ayrılan səhiyyə xərcləri 60 dollardır, daha çox inkişaf etmiş dövlətlərdə isə bu rəqəm təqribən 270 dollara çatır. Tibbi-sanitar yardımın hər kəsi əhatə etməsi o deməkdir ki, hər bir insan maliyyə çətinlikləri hiss etmədən keyfiyyətli profilaktik xidmətlər almaq, müalicə olunmaq və reabilitasiya keçmək imkanına malik olur.
Dünya Sağlamlıq Günü sağlamlığın və səhiyyənin problemlərinə yönələn və planetin hər bir sakininin sağlamlığının qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən qlobal bir tədbirdir və 1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaradılması ilə əlaqədar olaraq, 1950-ci ildən başlayaraq hər il həmin tarixdə qeyd edilir. Həmin gün ictimaiyyətin diqqəti ÜST-nin prioritet hesab etdiyi, sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir mövzuya həsr olunur və müxtəlif şüarlar altında keçirilir. Builki tədbirlər hər kəsin səhiyyə xidmətlərinə çıxışının təmin olunması, tibbi xidmətlərin əlçatanlığı mövzularına həsr edilib.шаблоны для dle 11.2





IYUL2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova