Valyuta.com

ÜST internetdə reklama nəzarəti gücləndirməyə çağırır

ÜST internetdə reklama nəzarəti gücləndirməyə çağırır

Son vaxtlar reklam sənayesi uşaq və yeniyetmələrə münasibətdə çox aqressiv üsullardan istifadə edir, onlara sosial şəbəkələr və nəzarət edilməsi çətin olan mobil qurğular vasitəsilə təsir göstərir.
Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) internet şəbəkəsində spirtli içkilərin, tütün məmulatlarının və qeyri-sağlam, xüsusən tərkibində duz, şəkər və piyin miqdarı çox olan qida məhsullarının marketinqi sahəsinə nəzarəti gücləndirməyə çağırır.
2010-cu ildə ÜST uşaqlara ünvanlanmış reklam barədə tövsiyələr qəbul edib. Lakin böyüməkdə olan nəsil hələ də qeyri-sağlam qida məhsullarının, tütün məmulatlarının və alkoqollu məhsulların onlayn marketinq mexanizmlərinin təsirinə məruz qalır. Halbuki siqaret çəkmə, alkoqollu içkilərə meyillilik və düzgün olmayan qidalanma ciddi xəstəliklərin inkişafına, o cümlədən piylənməyə səbəb olur. Bununla əlaqədar, ÜST hesab edir ki, dövlətlər onlayn reklamı daha diqqətlə izləməlidirlər.
Bu gün uşaqlar internetdə, o cümlədən sosial şəbəkələrdə getdikcə daha çox vaxt keçirir, buna görə də rəqəmsal marketinqin təsirinə çox məruz qalırlar. Lakin rəqəmsal məkanda uşaqların davranışı və bu məkanın onlara təsiri barədə təsəvvür yarada biləcək araşdırmalar çox cüzidir.
Məruzə müəllifləri rəqəmsal marketinqin uşaqlara təsirinin monitorinqi üçün ən qısa müddətdə xüsusi vasitələr yaratmağa və tətbiq etməyə çağırırlar.шаблоны для dle 11.2





Mart 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova