Valyuta.com

Bu il Dövlət Elmi Tibb Kitabxanasına 3 mindən artıq oxucu gəlib

Bu il Dövlət Elmi Tibb Kitabxanasına 3 mindən artıq oxucu gəlib

Ölkəmizdə tibb elminin və səhiyyənin ilkin sənədlərlə və informasiya ilə təmin edilməsi məqsədilə mükəmməl bir sistem yaradılıb. Bura ilk növbədə tibb kitabxanaları və elmi tibb informasiya bölmələri aiddir. Həmin təşkilatlar içərisində aparıcı mövqe Səhiyyə Nazirliyinin Dövlət Elmi Tibb Kitabxanasına məxsusdur. Kitabxana səhiyyə orqanlarında çalışan alim və mütəxəssisləri, tibb tələbələrini informasiya ilə vaxtında təmin edir, səmərələşdirici təkliflər irəli sürür.
Bu barədə Dövlət Elmi Tibb Kitabxanasının fəaliyyətinə həsr olunmuş tədbirdə məlumat verilib.
Toplantıda kitabxananın direktoru Yeganə Əmirəliyeva çıxış edərək, rəhbərlik etdiyi müəssisə haqqında məlumat verib. Qeyd edib ki, Respublika Dövlət Elmi Tibb Kitabxanası Azərbaycan SSR Xalq Komissarları Sovetinin əmri ilə 1939-cu ildə yaradılıb və 1940-cı ildən fəaliyyətə başlayıb. Səhiyyə orqanlarına, elmi-tədqiqat və müalicə-profilaktika müəssisələrinə əhalinin sağlamlığı problemləri, sosial-gigiyena, səhiyyənin təşkili, klinik və profilaktik təbabət, sanitar-epidemioloji səhiyyə və tibb elminin digər sahələri ilə məşğul olan alim və mütəxəssislərinə kitabxana-biblioqrafiya və sənəd-informasiya xidməti göstərən kitabxana Azərbaycanda tibb kitabxanaları şəbəkəsinə təşkilatı-metodik rəhbərlik edir, onların əlaqəli fəaliyyətini təmin edir, elmi-tədqiqat institutlarının, ali və orta tibb təhsili müəssisələrinin elmi-tibbi informasiya şöbələrinin fəaliyyətinə metodiki rəhbərliyi və onların işinin koordinasiyasını həyata keçirir. Biblioqrafik xidmətə faktoqrafik informasiyanın verilməsi, ölkəşünaslıq soraq-axtarış sisteminin təşkili, müxtəlif aspektli biblioqrafik göstəricilərin hazırlanması və ictimai istifadəsinin təşkili kimi xidmətlər də daxildir.
Bildirilib ki, kitabxanada informasiya xidmətinin daha da təkmilləşdirilməsi üçün 2006-cı ildə təbabətə dair müxtəlif mövzulu CD-lərdən ibarət kartoteka yaradılıb. Burada istifadəçilərin informasiya tələbatı tədqiq olunur, şifahi sorğular və anketləşdirmə əsasında oxucuların maraq və meyilləri, tibb işçilərinin bugünkü fəaliyyət istiqamətləri aşkar edilir. Bu da öz növbəsində fondun komplektləşdirilməsində nəzərə alınır.
Y.Əmirəliyeva qeyd edib ki, kitabxananın elmi-metodiki şöbəsi Azərbaycanın 93 tibb müəssisəsinin nəzdində fəaliyyət göstərən kitabxanalarla əməkdaşlıq edir. Bu əlaqələri möhkəmlətmək məqsədilə tez-tez bölgələrə səfərlər təşkil olunur, zona məşğələləri keçirilir. “Bu ilin səkkiz ayı ərzində kitabxanaya 3 250 oxucu gəlişi və 19 120 kitab verilişi qeydə alınıb. Kitabxanada əsas fondla yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının Fondu, Nadir nəşrlər fondu, həmçinin son ilin kitab və dövri nəşrlərindən ibarət Yeni nəşrlər fondu, Depozitari və arxiv fondu var. Bundan əlavə, kitabxanada lokal kompyuter və internet şəbəkəsi yaradılıb, onun vasitəsilə İRBİS-64 kitabxana-informasiya proqramının kataloqlaşdırma və komplektləşdirmə modulları ilə işə başlanıb. Bununla əlaqədar olaraq kitabxananın müvafiq sahələrində çalışan əməkdaşlar burada keçirilən təlim məşğələlərdə iştirak ediblər. Tibb kitabxanasında həmçinin elektron kataloq təşkil edilib. Hazırda 58 jurnal, 6 qəzet elektron kartotekaya, 4 115 kitab, 14 029 məqalə elektron kataloqa, 3 500 nüsxə elektron komplektləşdirmə moduluna daxil edilib. Kitabxanaya alınan yerli, eləcə də xarici qəzet və jurnallardakı 14 029 məqalənin təsviri elektron kataloqda öz əksini tapıb”, - deyə kitabxananın direktoru bildirib.
Dövlət Elmi Tibb Kitabxanasının direktoru diqqətə çatdırıb ki, səhiyyə naziri Oqtay Şirəliyevin 2014-cü ilin dekabr ayında imzaladığı Səhiyyə Nazirliyinin tabeliyində olan kitabxana-informasiya şəbəkəsinin təkmilləşdirilməsi barədə əmrinə əsasən, vahid elektron tibb kitabxana şəbəkəsinin yaradılması və elektron kataloqların genişləndirilməsi məqsədilə yeni kitabxana-informasiya proqramı yaradılıb. Hazırda kitabxananın yeni internet saytı üzərində işlər gedir. Bu saytda tibb kitabxanası şəbəkəsinin vahid elektron toplu kataloqunun təqdim edilməsi planlaşdırılır.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova