Valyuta.com

Tibb universitetlərində Bilik günü

Tibb universitetlərində Bilik günü

Azərbaycanın bütün təhsil ocaqlarında olduğu kimi, ali və orta ixtisas tibb təhsili müəssisələrində sentyabrın 15-də Bilik günü qeyd olunub. O cümlədən tibb mütəxəssisləri hazırlayan ali məktəblərdə – Azərbaycan Tibb Universitetində (ATU) və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) Bakı filialında bu günə həsr olunmuş təntənəli mərasimlər keçirilib.

Azərbaycan Tibb Universiteti

ATU-da Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə universitetin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək, tələbələri yeni tədris ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Ölkəmizdə Bilik gününün keçirilməsi ənənəsinin əsasının Prezident İlham Əliyev tərəfindən qoyulduğunu xatırladan Gəray Gəraybəyli deyib: “Azərbaycanda elmi biliklərin, təhsil sisteminin, səhiyyənin ardıcıl inkişafı Prezidentin hərtərəfli tərəqqiyə aparan uzaqgörən siyasətinin tərkib hissəsini, əsas özəyini təşkil edir”.
Rektor bildirib ki, bugünkü nailiyyətlərin əldə edilməsi uzun illərdən bəri ATU əməkdaşlarının apardıqları elmi axtarışların, gərgin əməyin, çəkilən zəhmətin sayəsində mümkün olub. O, diqqətə çatdırıb ki, 2016-2017-ci tədris ilində Azərbaycan Tibb Universitetinə 1002 nəfər qəbul edilib. Onlardan 954-ü həkim, hərbi həkim, 48-i isə hərbi feldşer ixtisasını seçib. ATU-ya qəbul olunanlardan 3 nəfəri 700 bal, 416 abituriyent isə 600-dən çox bal toplayıb.
İnsan anatomiyası kafedrasının müdiri professor Vaqif Şadlinski bu təhsil ocağının nəinki ölkəmizdə, ümumiyyətlə regionda fəaliyyət göstərən universitetlər arasında seçildiyini söyləyib.
Bu il qəbul imtahanlarında 700 bal toplayaraq ən yüksək nəticə ilə ATU-nun Müalicə-profilaktika fakültəsinə qəbul olunan tələbə Orxan Zülfüqarov isə müəllimlərinin etimadını doğruldacağını bildirib.
Universitetin professor-müəllim heyətinin, tələbələrin və valideynlərin iştirak etdiyi toplantıda bu il ATU-ya qəbul olunan bir qrup gəncə tələbə biletləri təqdim edilib.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı

Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə İ.M.Seçenov adına BMDTU-nun Bakı filialında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Bakı filialının rektoru, professor Əziz Əliyev yeni dərs ilinin başlanması münasibətilə birinci kurs tələbələrini təbrik edib, bu filialın yaranma tarixi barədə məlumat verib. Qeyd edilib ki, İ.M.Seçenov adına BMDTU-nun Bakı filialı Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaranıb. Düz bir il əvvəl fəaliyyətə başlayan təhsil ocağının təntənəli açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, İ.M.Seçenov adına BMDTU-nun məzunu və fəxri professoru Mehriban Əliyeva iştirak edib.
Natiq Azərbaycanda tibb təhsilini təkmilləşdirmək, ölkə vətəndaşlarının Rusiyanın tibb universitetlərində təhsil arzusunu reallaşdırmaq məqsədilə yaradılmış Bakı filialına göstərilən dəstəyə görə BMDTU-nun rektoru, professor Pyotr Qlıboçkoya təşəkkür edib, burada müalicə işi ixtisası üzrə mütəxəssislərin hazırlandığını, bu il birinci kursa 125 tələbənin qəbul olunduğunu, ümumilikdə, iki kursda 225 tələbənin təhsil aldığını söyləyib. Qeyd edib ki, filialda dərs deyən müəllimlərin 85-90 faizi Moskvadan olan professorlardır. Rektor həmçinin bildirib ki, BMDTU-nun Bakı filialı Rusiyanın, ABŞ-ın və Almaniyanın, habelə ölkəmizin aparıcı klinikaları ilə müqavilələr bağlayıb. Təhsildə fərqlənən tələbələr həmin klinikalarda ixtisasartırma kursları keçəcəklər.
Rektor Əziz Əliyev tələbələrə təhsildə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən İ.M.Seçenov adına BMDTU-nun innovasiya siyasəti və beynəlxalq fəaliyyət üzrə birinci prorektoru Andrey Svistunov bu ali məktəb haqqında ətraflı məlumat verib, qeyd edib ki, o, beynəlxalq reytinqdə Rusiyanın ən yaxşı tibbi profilli ali məktəbidir. 2018-ci ildə Rusiyanın bu ən böyük, aparıcı və qocaman ali tibb məktəbinin yaradılmasının 260 illiyinin tamam olacağını deyən A.Svistunov onun məşhur məzunları arasında bir çox görkəmli alimlərin və tibb xadimlərinin – ilk növbədə, universitetin adını daşıdığı İ.M.Seçenovun və digərlərinin olduğunu söyləyib. Bildirib ki, bu ali məktəbin məşhur məzunlarından biri də hazırda İ.M.Seçenov adına BMDTU-nun fəxri professoru olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır.
Andrey Svistunov tələbələrə müraciətlə deyib: “Böyük alimlər və məşhur insanlar pleyadasını yetişdirmiş Rusiyanın ən yaxşı ali məktəbində təhsil almaq sizin üçün tale qisməti və nadir imkandır. Bununla bərabər, bizim universitetin unikallığı üzərinizə bir çox öhdəliklər də qoyur. Təbabət sadəcə peşə seçimi deyil. Bu, tale deməkdir, təbabətə sədaqət və hər dəqiqə, hətta hər saniyə ona xidmət etmək deməkdir”.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova