Valyuta.com

Nikahdan öncə tibbi müayinə sağlam nəslin formalaşmasına təkandır

Nikahdan öncə tibbi müayinə sağlam nəslin formalaşmasına təkandır

Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanuna əsasən, nikaha daxil olmaq istəyən vətəndaşlar 2015-ci il iyunun 1-dən tibbi müayinədən keçirilirlər. Qaydaların qüvvəyə mindiyi vaxtdan 2016-cı il mayın 1-dək 139 700 nəfər bu müayinələrə cəlb olunub.
Bu barədə B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva İnstitutda keçirilən “dəyirmi masa”da məlumat verib.
Bildirilib ki, Ailə Məcəlləsində dəyişikliklərlə əlaqədar Nazirlər Kabineti nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarını təsdiqləyib, həmçinin müayinə olunmalı xəstəliklərin siyahısını müəyyənləşdirib. Səhiyyə Nazirliyi nikaha daxil olmaq istəyən şəxslərin yaşayış yeri üzrə pulsuz tibbi müayinədən keçmələri üçün dövlət tibb müəssisələrini təyin edib və həmin müəssisələrdə zəruri şərait yaradıb.
Ümumi nəticə kimi demək olar ki, 2015-ci il iyunun 1-dən 2016-cı il mayın 1-dək tibbi müayinədən keçənlərin əksəriyyətinin sağlamlıq durumu qənaətbəxşdir. Bununla belə, nikaha daxil olmaq istəyənlərin bir qismində talassemiya geni daşıyıcılığı və müxtəlif xarakterli infeksiyalar aşkar olunub. Belə ki, müayinə olunanların 7171 nəfəri talassemiya daşıyıcısıdır, 458 nəfərdə sifilis, 85 nəfərdə isə İİV infeksiyası müəyyən edilib.
Qeyd olunub ki, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir.
Tədbirdə Səhiyyə Nazirliyinin hematologiya üzrə baş mütəxəssisi Çingiz Əsədov və başqaları nikaha qədər tibbi müayinələrin əhəmiyyətini qeyd ediblər. Ailə qurmaq istəyənlər arasında talassemiya daşıyıcılarını aşkara çıxarmaq, onlara tibbi-genetik məsləhətlər vermək üçün Azərbaycanın bütün şəhər və rayonlarında hematoloji kabinetlərin yaradıldığını diqqətə çatdıran natiqlər vurğulayıblar ki, son illər ölkəmizdə qan xəstəliklərinin müalicəsi istiqamətində ciddi addımlar atılıb, bu xəstəliklərdən əziyyət çəkən insanların müayinəsi və müalicəsinə diqqət artırılıb. Çıxış edənlər tibb müəssisələrinin müalicə məqsədi ilə qan və onun komponentləri ilə təmin edildiyini söyləyiblər, bildiriblər ki, qan xidmətini dinamik inkişaf etdirmədən cərrahiyyə, reanimasiya, doğuşayardım, hematologiya, onkologiya, travmatologiya kimi sahələrdə ixtisaslı tibbi yardımı müvəffəqiyyətlə həyata keçirmək mümkün deyil.
Məlumat verilib ki, qan xəstəlikləri ölkəmizdə ən geniş yayılan xəstəliklərdəndir. Məhz bu səbəbdən dövlətimiz belə xəstələri diqqət mərkəzində saxlayır. Hematologiya və transfuziologiyaya dair iki qanun və üç dövlət proqramı qəbul edilib. Bundan əlavə, Prezident İlham Əliyevin 2015-ci il 10 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” bu xəstəliyin profilaktikasının güclənməsinə, əhali arasında maarifləndirmə işinin genişlənməsinə və bütövlükdə talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəldilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzi yaradılıb. B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun binası əsaslı təmir olunub, müasir avadanlıqla təchiz edilib.
Respublika Talassemiya Mərkəzinin Qan Bankının yaradılması nəticəsində talassemiyalı xəstələrin müalicəsində yüksək nailiyyətlər əldə olunub, onların donor qanına və zəruri preparatlara tələbatı tam təmin edilib. Talassemiyanın radikal müalicə metodu – sümük iliyinin transplantasiyası uğurla həyata keçirilir. Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin edilir, bu xəstəlikdən əlillik faktlarının və ölüm hallarının sayı azalır.шаблоны для dle 11.2





May 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova