Valyuta.com

Sağlamlığın keşiyində dayananlar üçün Qusarda sanatoriya açıldı

Sağlamlığın keşiyində dayananlar üçün Qusarda sanatoriya açıldı

Tibb işçiləri yollayış dəyərinin cəmi 15 faizini ödəyəcəklər

Yeni il ərəfəsində Qusarda “Şəfa” Sağlamlıq Mərkəzinin açılışı bütün tibb işçiləri üçün xoş xəbər oldu. Əhalinin sağlamlığının keşiyində dayananların özlərinin səhhətini qorumaq üçün yaradılan bu şəfa ocağı Azərbaycanın əsrarəngiz təbiətə malik gözəl bir guşəsində qərarlaşıb.
Əvvəllər bu ərazidə yerləşən Qusar Rayon Mərkəzi Xəstəxanası yeni binaya köçəndən sonra Səhiyyə İşçiləri Həmkarlar İttifaqı (SİHİ) Respublika Komitəsinin təşəbbüsü ilə burada sağlamlıq ocağı yaratmaq ideyası ortaya gəlib. Bu fikri Səhiyyə Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) dəstəkləyib. 2013-cü ilin iyun ayından başlanan və təxminən 2 il yarım çəkən tikinti-bərpa işləri nəhayət yüksək səviyyədə başa çatıb. Əsas və yardımçı korpuslar, demək olar ki, yenidən qurulub. Səhiyyə işçilərinin xidmətinə hər cür rahatlıqla təmin edilmiş yataq korpusu, yeməkxana, idman meydançaları, uşaq əyləncə guşəsi verilib.
“Şəfa” Sağlamlıq Mərkəzinin açılış mərasimində iştirak edən AHİK sədri, millət vəkili Səttar Mehbalıyev, digər rəsmi şəxslər korpusları gəzib, yaradılmış şəraitlə əyani tanış olublar, görülmüş işlərdən məmnunluqlarını bildiriblər.
İstirahət mərkəzi birdəfəyə 80 (uşaqlarla birlikdə 100) nəfəri qəbul etmək imkanındadır. Sağlamlıq ocağı çox əlverişli ünvanda yerləşir – həm "Şahdağ" Qış İdmanı Kompleksinə, həm də Nabrandakı yay turist bazalarına yaxındır. Burada istilik sistemi də quraşdırılıb, bunun sayəsində sağlamlıq ocağı il boyu qonaq qəbul edə biləcək, həm qış, həm də yay kurortu kimi fəaliyyət göstərəcək
Mərkəzlə tanışlıqdan sonra jurnalistlərə müsahibə verən S.Mehbalıyev bu binanın sağlamlıq ocağı üçün ayrılmasında göstərdiyi dəstəyə görə səhiyyə nazirinə təşəkkürünü bildirib, burada yaradılmış şəraiti yüksək qiymətləndirib. O qeyd edib ki, AHİK öz balansındakı sağlamlıq ocaqlarının müasir tələblər səviyyəsində fəaliyyət göstərməsindən ötrü müntəzəm işlər görür: “Səhiyyə İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin vəsaiti hesabına sağlamlaşdırıcı istirahət müəssisələrinin tikintisi, təmiri, təchizatı həyata keçirilir. Artıq "Bilgəh" Kardioloji Sanatoriyasında, Mərdəkandakı "Günəşli" Sanatoriyasında yenidənqurma işləri başa çatdırılıb. "Şıx" sanatoriyasında işlər davam etdirilir, onun binası, demək olar ki, sökülüb və yenidən tikilir. Ondan sonra isə növbə Naftalandakı müalicə ocağımızındır. Orada məskunlaşmış qaçqın və məcburi köçkünləri hökumətimiz artıq rahat mənzillərlə təmin edib. Qarşıdan gələn bir il ərzində o sanatoriyanı da tam hazır vəziyyətə gətirib istifadəyə verməyi planlaşdırmışıq. Çalışırıq ki, yollayışla gələn üzvlərimiz hər cür şəraiti olan sanatoriyalarda müalicə alsınlar”.
SİHİ Respublika Komitəsinin Təşkilati şöbəsinin müdiri Elmira İsmayılovanın verdiyi məlumata görə, “Şəfa”da istirahət edən səhiyyə işçiləri yollayışların ümumi dəyərinin cəmi 15 faizini ödəyəcəklər. Hələlik ilkin olaraq 3 günlük turist səfərlərinin təşkili planlaşdırılır. Yay mövsümündə isə yollayışların müddətinin 7-10 günlük olacağı nəzərdə tutulub.
Sağlamlıq Mərkəzinin ərsəyə gəlməsində “Şəfa”nın direktoru Zeynəddin Xasmatovun, SİHİ Qusar Rayon Şurasının sədri Mühübala Cəfərovun böyük əməyinin olduğunu xüsusi qeyd edən E.İsmayılovanın sözlərinə görə, SİHİ aparatı işçiləri də tikinti-abadlıq işlərində yaxından iştirak ediblər, burada xeyli yeni ağac və bəzək kolları əkiblər.
B.RZAYEVшаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova