Valyuta.com

Bir sıra xəstəliklər üzrə statistik rəqəmlər açıqlandı

Bir sıra xəstəliklər üzrə statistik rəqəmlər açıqlandı

Dövlət Statistika Komitəsi bu məlumatları rəsmi statistik məcmuədə təqdim edib

Vərəm xəstələrinin sayında azalma var
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (DSK) “Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti” adlı rəsmi statistik məcmuəsi çapdan çıxıb. Yeni nəşrdə ölkəmizdə bir sıra xəstəliklər üzrə rəsmi statistik rəqəmlər də yer alıb.
DSK-nin məlumatına görə, Azərbaycanda ilkin vərəm xəstələrinin sayında azalma müşahidə olunur. Belə ki, 2014-cü ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınmış vərəm xəstələrinin sayı cəmi 4384 nəfər olub. Onlardan 3164 nəfəri kişi, 1220 nəfəri isə qadındır. Müqayisə üçün, 2000-ci ildə ölkəmizdə ilk dəfə qoyulan diaqnozla qeydə alınmış vərəm xəstələrinin sayı 5113 nəfər olub.
Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər göstərir ki, vərəm xəstəliyinə yaşı 13-ə qədər olan 147 nəfər uşaqda da rast gəlinib. Onların 95 nəfəri oğlan, 52-si isə qızdır. Xəstələrdən 65 və yuxarı yaşda olanlar cəmi 198 nəfərdir ki, onlardan 133-ü kişi, 65-i isə qadındır.
Rəsmi nəşrdə o da bildirilir ki, Azərbaycanda müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan vərəm xəstələrinin sayında da azalma müşahidə olunub. Belə ki, ötən il vərəm xəstələrinin sayı 9757 olub, 2000-ci ildə isə bu rəqəm 14274 nəfər təşkil edib.

Qeydiyyatda olan onkoloji xəstələrin sayı çoxalıb
Məcmuədə məlumat verilir ki, Azərbaycanda 2014-cü ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınan onkoloji xəstələrin sayı 9543 nəfər olub. Onlardan 81 nəfəri 13 yaşınadək olan uşaqlardır. Bədxassəli şişlərlə xəstələnən 60 yaşdan yuxarı insanların sayı isə 4350 nəfər təşkil edib.
Statistik rəqəmlər ötən il Azərbaycanda onkoloji xəstələrin sayında artım müşahidə olunduğunu göstərir. Belə ki, ilk dəfə qoyulan diaqnozla qeydə alınan onkoloji xəstələrin sayı 2010-cu ildə 7626 nəfər, 2011-ci ildə 8672 nəfər, 2012-ci ildə 8645 nəfər, 2013-cü ildə isə 9064 nəfər olub.
Rəsmi nəşrdə o da bildirilir ki, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan onkoloji xəstələrin sayı 37932 nəfərdir. 2000-ci ildə isə bu rəqəm 21088 nəfər təşkil edib.

Talassemiyalı xəstələrin sayı açıqlanıb
2014-cü ildə Azərbaycanda 530 nəfər talassemiyalı xəstə ilk dəfə qoyulan diaqnozla qeydə alınıb. Onlardan 347 nəfəri 17 yaşınadək uşaqlardır.
Statistik rəqəmlər ötən il Azərbaycanda talassemiyalı xəstələrin sayında artım müşahidə olunduğunu göstərir. Belə ki, ölkəmizdə ilk dəfə qoyulan diaqnozla qeydə alınmış talassemiyalı xəstələrin sayı 2005-ci ildə 302 nəfər, 2010-cu ildə 359 nəfər, 2012-ci ildə 482 nəfər, 2013-cü ildə 371 nəfər olub.
Rəsmi nəşrdə o da bildirilir ki, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan talassemiyalı xəstələrin ümumi sayı 2922 nəfərdir. 2005-ci ildə isə bu rəqəm 656 nəfər təşkil edib.
Qeyd edək ki, bu irsi qan xəstələrinin sayındakı belə artım aşkarlanma işinin yaxşılaşdırılması və görülən tədbirlər sayəsində talassemiyanın müalicəsinin təkmilləşdirilməsi, ondan ölüm hallarının azaldılması ilə izah oluna bilər.

Psixi xəstələrin sayı azalıb
Statistik məcmuədə məlumat verilir ki, Azərbaycanda 2014-cü ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınmış psixi xəstələrin sayı cəmi 4276 nəfər olub. Bu, psixi xəstələrin sayında azalma müşahidə olunduğunu göstərir. Belə ki, ilk dəfə qoyulan diaqnozla qeydə alınmış psixi xəstələrin sayı 2000-ci ildə 6907 nəfər, 2005-ci ildə 5621, 2010-cu ildə 4984, 2012-ci ildə 4948, 2013-cü ildə isə 4904 nəfər olub.
Bildirilir ki, ötən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan psixi xəstələrin sayı 102807 nəfər təşkil edib, halbuki 2013-cü ildə bu rəqəm 124134 olub.

Diabet xəstələrinin sayı artıb
2014-cü ildə Azərbaycanda 25152 nəfərdə ilk dəfə qoyulan şəkərli diabet diaqnozu qeydə alınıb. Onlardan 21381 nəfəri insulindən asılı olmayan xəstələrdir. İnsulindən asılı diabet xəstələrinin sayı isə 3576 nəfərdir.
DSK-nin statistik rəqəmləri son illərdə Azərbaycanda qeydiyyata alınan şəkərli diabet xəstələrinin sayında artım müşahidə olunduğunu göstərir. Belə ki, 2000-ci ildə ölkəmizdə cəmi 5792 nəfər ilk dəfə qoyulan diabet diaqnozu ilə qeydə alınıb.
Rəsmi nəşrdə o da bildirilir ki, ötən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan diabet xəstələrinin ümumi sayı 194520 nəfər olub. Müqayisə üçün, 2000-ci ildə isə bu rəqəm 42448 nəfər təşkil edib.
Qeyd edək ki, şəkərli diabet xəstəliyi bütün dünyada geniş yayılmaqdadır və xəstələrin sayında artım hər yerdə müşahidə olunur. Bununla bağlı hətta Ümumdünya Səhiyyə Təşkilatı həyəcan təbili çalır, dünya ölkələrini profilaktik tədbirləri gücləndirməyə çağırır. Bununla belə, Azərbaycanda son illərdə diabet xəstələrinin sayında kəskin artım daha artıq dərəcədə aşkarlanmanın yaxşılaşması, diabet xəstələrinə dövlət tərəfindən dərman və özünənəzarət vasitələri paylanması ilə əlaqədar olaraq belə xəstələrin kütləvi surətdə qeydiyyata durması ilə bağlıdır.шаблоны для dle 11.2





]Oktyabr-Noyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova