Valyuta.com

İlanların, əqrəblərin... yay sərgüzəştləri

İlanların, əqrəblərin... yay sərgüzəştləri

“Bu il ilan və əqrəb sancmaları ilə əlaqədar bizə müraciət edənlərin sayı ötən illə müqayisədə azalıb. Belə ki, may ayından etibarən qeydə alınan ilan sancması hadisələrinin sayı 80, əqrəb sancmalarının sayı isə 34 olub. Hesab edirəm ki, problemlə əlaqədar bizə müraciətlərin azalmasının bir səbəbi avqust ayında havaların nisbətən sərin keçməsi, digər səbəbi isə rayon mərkəzi xəstəxanalarının lazımi qədər zərdabla təmin olunması, bunun sayəsində xəstələrin vaxtında vəziyyətdən çıxarılması, onlara zəruri köməyin yerlərdə göstərilməsidir”.
Bu haqda bizə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verdi. Müraciətlərin əsasən bölgələrdən – Siyəzən, Hacıqabul, Bərdə, Yevlax, Qəbələ, Şirvan, Şamaxı, İsmayıllı, Şəmkir, Qazax rayonlarından, eyni zamanda, Bakıətrafı kəndlərdən – Güzdək, Zirə, Qobudan, Qaradağ rayonundan olduğunu bildirən müsahibimiz əksər hallarda gürzə ilanının sancmasından zəhərlənmələrin baş verdiyini vurğuladı.
Toksikoloq bu il ərzində ilan zəhərlənməsindən bir nəfərin dünyasını dəyişdiyini diqqətə çatdırdı. Zərərçəkənin gec – zəhərlənmədən 3 gün sonra, ağır vəziyyətdə xəstəxanaya gətirildiyini, onun həyatını xilas etməyin mümkün olmadığını dedi.
Şöbə müdiri ölkəmizdə əsasən üç növ – alabəzək, sarı və qara əqrəblərin yayıldığını, əqrəb sancmaları hallarına adətən bağ evlərində rast gəlindiyini dedi. Qeyd etdi ki, qara əqrəblərin zəhəri daha təhlükəlidir. Məsləhət üçün bildirdi ki, əqrəb sancması zamanı ilkin yardım göstərmək məqsədi ilə üzüm qorasının suyundan istifadə oluna bilər: “Kal üzümü dərib, suyunu sıxıb yaranın üstünə tökmək lazımdır. Zəhərin tərkibi qələvi, qora suyu isə turşu olduğu üçün turşu qələvini neytrallaşdırır. Ona görə də bu, zərərçəkmiş üçün ən yaxşı məlhəm sayılır”.
A.Maqsudov bu il qaraqurd hörümçəyi sancması ilə bağlı onlara 30 müraciət daxil olduğunu bildirdi. Onun sözlərinə görə, bu hörümçəyin sancması zamanı zərərçəkənə köməklik göstərilməsə, çox ağır fəsadlar baş verə bilər. Mütəxəssis bu həşəratın əsasən Bakı kəndlərində, meyvə-tərəvəzin yetişdirildiyi ərazilərdə olduğunu diqqətə çatdırdı.
Şöbə müdiri sonda iyun ayının ortalarından etibarən qarpızdan zəhərlənmə ilə əlaqədar Mərkəzə mütəmadi olaraq gün ərzində 10-dək müraciət daxil olduğunu, ölüm hadisəsinin qeydə alınmadığını söylədi. Azər Maqsudov əhalini bu giləmeyvəni yeyərkən diqqətli olmağa, mütəxəssislərin məsləhətlərini unutmamağa çağırdı.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





]Oktyabr-Noyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova