Valyuta.com

Səhiyyə Nazirliyi tərəfindən özəl tibb müəssisələrinə ciddi xəbərdarlıq

Səhiyyə Nazirliyi tərəfindən özəl tibb müəssisələrinə ciddi xəbərdarlıq

Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə bir daha ciddi xəbərdarlıq edərək bildirir ki, bu müəssisələr xarici tibb mütəxəssislərini ölkəmizə dəvət edərkən həmin ali və ya orta tibb işçiləri üçün Səhiyyə Nazirliyindən şəhadətnamə almalıdır.
Özəl tibb müəssisələrinin nəzərinə çatdırılır ki, bu sənəd Nazirlər Kabinetinin 12 yanvar 1999-cu il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası”na uyğun olaraq tələb edilir. Şəhadətnamə dəvət olunan əcnəbinin tibb mütəxəssisi olmasını müəyyənləşdirən və onun Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılmasını bildirən sənəddir. Nazirlikdən müvafiq qaydada şəhadətnamə almayan heç kəsin ölkəmizdə adıçəkilən fəaliyyət növləri ilə məşğul olmasına icazə verilmir.
Qeyd olunan tələblərə riayət etməyən şəxslər qanunla müəyyənləşdirilmiş qaydada hüquqi məsuliyyət daşıyacaqlar.шаблоны для dle 11.2





]Oktyabr-Noyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova