Valyuta.com

Bakıda 2-ci Nüvə Təbabəti Simpoziumu keçirilib

Bakıda 2-ci Nüvə Təbabəti Simpoziumu keçirilib


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) nəzdində 2016-cı ildə Nüvə Təbabəti Mərkəzi fəaliyyətə başlayıb. İki il ərzində burada 1500-dən artıq xəstə müayinə edilib. Müraciətlərin əksəriyyəti süd vəzi və ağciyər xərçəngi ilə əlaqədar olub. Yeni yaradılmış Mərkəzdə həyata keçirilən tədbirlərin əsas məqsədi hədəfə yönələn müalicədən ibarətdir.
Bu barədə Bakıda keçirilən və Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunan 2-ci Azərbaycan Nüvə Təbabəti Simpoziumunda məlumat verilib.
Azərbaycan onkoloqları ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən tibb institutlarının mütəxəssislərinin iştirak etdikləri simpoziumu Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev açaraq, tədbirin əhəmiyyətindən danışıb.
İştirakçılara Milli Onkologiya Mərkəzi və onun nəzdində fəaliyyət göstərən Milli Nüvə Mərkəzi haqqında videofilm nümayiş olunub.
Simpoziumun sessiyalarında MOM baş direktorunun birinci müavini, professor Əziz Əliyev “Baş boyun şişlərinə müasir yanaşma”, Avropa Nüvə Təbabəti Cəmiyyətinin elmi katibi, professor Jan Pruim “Nüvə təbabətinin gələcəyi: teranistika”, Nüvə Təbabəti Mərkəzinin müdiri Fuad Novruzov “Azərbaycanda nüvə təbabəti və molekulyar görüntüləmə”, “Prostat xərçənginin radionuklid müalicəsində Azərbaycan təcrübəsi”, “Liverpool University Hospital”ın icraçı direktorunun birinci müavini, professor Sobhan Vinjamuri “Süd vəzi xərçənginin və ginekoloji şişlərin molekulyar görüntüləməsi”, Avstriyanın Vyana Tibb Universitetinin onkoloji elmi araşdırmalar laboratoriyasından professorlar Markus Mitterhauser və Volfqanq Vadsak “RET müayinəsində istifadə olunan onkoloji radiofarmpreparatlar”, professor Güneyt Türkmen “Prostat xərçənginə molekulyar görüntüləmə”, MOM baş direktorunun müavini Fuad Quliyev “Prostat xərçənginə müasir yanaşma” mövzularında məruzələrlə çıxış ediblər.
Simpoziumda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva da iştirak edib.
Qeyd edək ki, simpoziumda iştirak edən rəsmilərlə Milli Onkologiya Mərkəzi arasında müəyyən sənədlər də imzalanıb.
İmzalanma mərasimindən əvvəl əcnəbi qonaqlar MOM-nin Nüvə Təbabəti Mərkəzində, Radionuklid diaqnostika və Şüa terapiyası şöbələrində olub, diaqnostika aparatları, müayinə üsulları, müalicə proseslərinin gedişi ilə yaxından tanış olublar.
Milli Onkologiya Mərkəzi ilə Böyük Britaniyanın “Liverpool University Hospital”, “University College Hospital” arasında əməkdaşlıq haqqında memorandumu Mərkəzin direktoru, akademik Cəmil Əliyev və “Liverpool University Hospital”ın icraçı direktorunun birinci müavini, professor Sobhan Vinjamuri, MOM ilə Avstriyanın Vyana Tibb Universiteti arasında qarşılıqlı elmi əməkdaşlıq haqqında memorandumu akademik Cəmil Əliyev və Avstriyanın Vyana Tibb Universitetinin onkoloji elmi araşdırmalar laboratoriyasının rəsmi nümayəndələri, professorlar Markus Mitterhauser və Volfqanq Vadsak imzalayıblar.
İmzalanma mərasimi başa çatdıqdan sonra qonaqlar Mərkəzin muzeyi ilə tanış olublar.шаблоны для dle 11.2





Sentyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova