Valyuta.com

Ölkə səhiyyəsində qazanılan mühüm nailiyyətlər Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir

Ölkə səhiyyəsində qazanılan mühüm nailiyyətlər Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda bu il aprelin 11-ə təyin edilmiş prezident seçkilərində tibb ictimaiyyətinin Prezident İlham Əliyevin namizədliyini dəstəkləməsinə həsr olunmuş toplantı keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Sudeyif İmamverdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan uğurlardan danışıb. O, Azərbaycanın dünyanın iqtisadi cəhətdən sürətlə inkişaf edən, mütərəqqi, sivil dəyərlərə malik ölkə olduğunu vurğulayaraq deyib: “Bütün sahələrdə ildən-ilə inkişaf edən Azərbaycanın hərbi qüdrəti də artır, ordumuz güclənir və bu bizdə erməni işğalında olan torpaqlarımızın azad ediləcəyinə böyük inam yaradır. Xalqın rifahının və sosial vəziyyətinin yaxşılaşması, o cümlədən həkimlərə göstərilən qayğı və diqqətin getdikcə artması, eləcə də digər istiqamətlərdə qazanılan nailiyyətlər bizi növbəti seçkilərdə yenə də İlham Əliyevə səs verməyə sövq edir”.
Toplantının moderatoru Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayev bildirib ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılıb. Son 15 ildə ölkədə səhiyyə islahatları uğurla reallaşdırılıb. Bu gün təkcə paytaxtda deyil, bölgələrdəki tibb müəssisələri də ən müasir avadanlıqla təchiz olunub. Müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar tikilib, mövcud səhiyyə ocaqları əsaslı surətdə yenidən qurulub, bölgə sakinləri birbaşa öz yaşadığı yerlərdə müalicə olunmaq imkanı qazanıblar.



Ölkədə səhiyyə islahatlarının uğurla həyata keçirildiyini bildirən Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsində səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş dövlət proqramlarının mühüm rol oynadığını vurğulayaraq deyib: “Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədəki tibb ocaqlarında xidmətin keyfiyyəti yaxşılaşdırılıb. Bir sıra ağır xəstəliklərdən əziyyət çəkən insanların dərmanlarla dövlət hesabına təmin olunması və müalicəyə cəlb edilməsi ölkə siyasətinin əsas istiqamətlərindən biridir. Son illər səhiyyə sahəsində yaşanan ən böyük inqilabi dəyişiklik isə bu sektorun dünyanın müasir tibbi texnika və avadanlıqları ilə təmin olunmasıdır. Müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionda ilk dəfə açıq ürək əməliyyatı və qaraciyərin köçürülməsi kimi mühüm nailiyyətlərə imza atıb. Bu illər ərzində bölgələrdə onlarla tibb ocağının, müalicə-diaqnostika mərkəzinin inşası səhiyyə sisteminin inkişafından xəbər verir. Mən bir kardiocərrah kimi xüsusilə vurğulamaq istərdim ki, hazırda istər paytaxt Bakıda, istərsə də bölgələrdə ən yüksək avadanlıqlarla təchiz edilmiş tibb mərkəzlərində ürək əməliyyatlarının aparılması adi hala çevrilib”.
Digər çıxış edənlər səhiyyəmizin son illər beynəlxalq aləmdə nüfuzunun yüksəldiyini bildiriblər. Qeyd olunub ki, bu gün Azərbaycan müxtəlif səviyyəli saziş və protokollar əsasında dünyanın bir sıra ölkələri ilə təbabət sahəsində məhsuldar əməkdaşlıq edir. Bütün bunlar Azərbaycan səhiyyəsində qazanılan uğurların yalnız bir hissəsidir.
Sonra Azərbaycan tibb ictimaiyyətinin bəyanatı səsləndirilib. Toplantıda iştirak edən təşkilatların nümayəndələri tərəfindən imzalanmış bəyanatda vurğulanır ki, Azərbaycan səhiyyə işçiləri ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin namizədliyini bu seçkilərdə də dəstəkləyəcəklər. Bildirilir ki, onun rəhbərliyi ilə Azərbaycan Respublikası qarşıdakı illərdə daha böyük nailiyyətlərə imza atacaq, müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuzu daha da artacaqdır.шаблоны для dle 11.2





Sentyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova