Valyuta.com

Dəyərli ziyalı, bənzərsiz şəxsiyyət!

Dəyərli ziyalı, bənzərsiz şəxsiyyət!

Xalqımızın ensiklopedik biliyə, yüksək intellektə malik, sayılıb-seçilən görkəmli ziyalısı Eyyub Bəşirov 91 yaşında dünyasını dəyişib.
E.Bəşirov heyvanların törəyib-çoxalması biologiyasının və süni mayalandırılmasının öyrənilməsi istiqamətində fundamental tədqiqatlar aparıb və elmi nəticələr əldə edib. Elmdə “Bəşirov metodu” da məhz onun adı ilə bağlıdır.
Onun 1964-cü ildə İtaliyanın Trento şəhərində keçirilən V Beynəlxalq Elmi Konqresdə böyük maraqla dinlənilən elmi məruzəsi bioloqların V Beynəlxalq Konqresində birinci yeri tutub və qızıl medala layiq görülüb. Roma Papası VI Pavel şəxsən özü alimi böyük uğur münasibətilə təbrik edib və öz portretini ona hədiyyə verib.
Həyatın mənasını vicdanlı və ədalətli yaşamaqda, məhəbbətdə, halal zəhmətdə görən, zəngin həyat yolu keçmiş dəyərli alim, Azərbaycan Heyvandarlıq Assosiasiyasının prezidenti, Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, akademik E.Bəşirov ömrünü həyata, bütün canlılara sevgi ilə yaşayan, şəfqət göstərən, ətrafındakı hər kəsə xoşbəxtlik yoluxdurmağı bacaran maraqlı, bənzərsiz şəxsiyyət idi.
Humanistliyi, kövrək qəlbi, müsbət enerjisi, şaqraq gülüşü ilə hər kəsin sevimlisinə çevrilən, dostcanlı, sədaqətli, alicənab Eyyub Bəşirov sanki insanları sevindirmək, onlara səadət bəxş etmək üçün dünyaya gəlmişdi və üzərinə götürdüyü bu missiyanı layiqincə yerinə yetirdi. Onun işıqlı xatirəsi doğmalarının, əzizlərinin qəlbində hər zaman yaşayacaq.
Allah rəhmət eləsin!шаблоны для dle 11.2





Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova