Valyuta.com

“Azerbaijan Changing Diabetes Awards” mükafatının təqdimatı

“Azerbaijan Changing Diabetes Awards” mükafatının təqdimatı

Heydər Əliyev Fondu və “Novo Nordisk” şirkətinin birgə reallaşdırdığı “Azerbaijan Changing Diabetes Awards” layihəsi çərçivəsində təsis edilmiş mükafatların qalibləri bəlli olub.
Qabaqcıl elm adamlarından və Pasiyent Assosiasiyasının üzvlərindən ibarət Məsləhət Şurasının bir neçə mərhələdə dəyərləndirmə və seçim edərək müəyyənləşdirdiyi qaliblər noyabrın 29-da keçirilən xüsusi mərasimdə elan edildilər.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov açdı. Heydər Əliyev Fondunun 2007-ci ildən şəkərli diabetlə mübarizə kampaniyasına qoşulduğunu deyən departament rəhbəri ictimaiyyətin diqqətini sağlamlıq üçün ciddi təhlükə mənbəyi olan şəkərli diabetə yönəltmək və onun qarşısını almaq məqsədilə Fondun müxtəlif layihələr icra etdiyini, xüsusilə diabetli uşaqların keyfiyyətli tibbi yardım almasına hər cür dəstək göstərdiyini vurğuladı. Soltan Məmmədov Heydər Əliyev Fondunun ölkəmizdə şəkərli diabetdən əziyyət çəkənlərə dövlət qayğısına dəstək verməklə, həm də sağlamlığımızın və genofondumuzun qorunmasında yaxından iştirak etdiyini bildirdi.
“Azərbaycanda şəkərli diabet” mövzusunda çıxış edən millət vəkili Rafiq Məmmədhəsənov ölkəmizdə bu sahədə real vəziyyətdən və görülən işlərdən danışdı.
Tədbirdə çıxış edən Novo Nordisk şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Araş Nosrati diabeti qlobal problem kimi dəyərləndirdi. Təmsil etdiyi şirkətin şəkərli diabetin müalicəsində ən yeni texnologiyalardan istifadə edən, dünya üzrə tanınan, bir əsrə yaxın tarixə malik şirkət olduğunu, şəkərli diabetlə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşmasına öz töhfəsini verdiyini dedi.
Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova isə diabet və qadın problemindən danışdı.
Beləliklə, layihə çərçivəsində 4 nominasiya üzrə qaliblərin adı açıqlandı: İlin ən yaxşı təlimçisi Sevil Mustafayeva, Diabet sahəsində ilin jurnalisti Ülvinə Fərzəliyeva, İlin ən yaxşı gənc tədqiqatçısı Samir Şükürov, İlin ən yaxşı həkimi Hidayət Məmmədov və Səriyyə Ağayeva. Məlumat verildi ki, “Tibb qəzeti”nin əməkdaşı Ülvinə Fərzəliyeva 2018-ci ildə Danimarkada keçiriləcək, media işçiləri üçün nəzərdə tutulmuş seminarda, digər qaliblər isə European Association for the Study of Diabetes (EASD) konfransında iştirak etmək hüququ qazanıblar.
Diabet sahəsində verdiyi töhfəyə görə Səhiyyə Nazirliyinin endokrinologiya üzrə baş mütəxəssisi, millət vəkili, professor Rafiq Məmmədhəsənova xüsusi Changing Diabetes Award təqdim edildi.
Mükafatların təqdimolunma mərasimində iştirak edən ictimai-siyasi xadimlər, Milli Məclisin, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Siğorta Agentliyinin, Tarif Şurasının, media və beynəlxalq qurumların nümayəndələri, eyni zamanda, həkimlər, pasiyentlər diabetlə mübarizədə əlbir olduqlarını göstərdilər.шаблоны для dle 11.2





Noyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova