Valyuta.com

Yeni tədris ili ilə bağlı pediatrların məsləhəti

Yeni tədris ili ilə bağlı pediatrların məsləhəti

Yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında məktəblərdə gigiyena qaydaları və uşaqların dərsə hazırlıq prosesi ilə bağlı Səhiyyə Nazirliyinin tədbiri keçirilib.
Toplantıda Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev bu gün pediatriyanın qarşısında duran ən aktual problemlərdən birinin uşaqların qidalanması olduğunu deyib: “İnsan sağlamlığında qidalanma əsas yerdə durduğuna görə, uşaqların qəbul etdiyi qidaların düzgün seçilməsini tənzimləmək biz həkimlər üçün əsas məsələlərdən biridir. Valideynlər və həkimlər daim uşaqların, xüsusən bağçaya və məktəbə gedən uşaqların yaşına uyğun qidalandırılmasına diqqət yetirməlidirlər. Səhiyyə Nazirliyinin tapşırığına müvafiq olaraq, biz Azərbaycan Tibb Universiteti kafedralarının və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları ilə birlikdə bu sahədə “Beş yaşa qədər uşaqların qidalandırılması” mövzusunda vəsait hazırlamışıq. Məktəblilərin qidalandırılması məsələsi hazırda dövlət nəzarətindədir. Burada xüsusi tələblər var ki, bunlardan biri uşaqların fastfud qidalarından uzaq saxlanılmasıdır. Biz uşaqların qəbul etdiyi qidaların təbii, yaşına uyğun seçilməsinə, uşaq orqanizminin ehtiyaclarının ödənilməsinə maksimum çalışmalıyıq”.
“Tədris ilinin başlanması ailələr və ictimaiyyət üçün böyük imtahan astanasıdır”, - deyən ATU-nun Uşaq və yeniyetmələrin qidalanması və kommunal qidalanma kafedrasının müdiri, dosent İbrahim Əhmədov qeyd edib ki, xüsusilə məktəbə ilk qədəm qoyan uşaqlar üçün psixoloji və adaptasiya baxımından bu olduqca ciddi bir problemdir. Bu səbəbdən valideynlər və məktəb kollektivi buna çox ciddi yanaşmalıdırlar: “Yeni dərs ilinə başlayan hər bir uşağın qidalanması, geyinməsi, günlük yuxu rejiminə və gigiyenasına diqqət yetirilməsi əsas rol oynayır. Bu amillər uşaqların tədrisə həvəsini artırdığı kimi, psixologiyasına və məktəb fəaliyyətinə də böyük təsir göstərir. Bu baxımdan, gün rejiminin düzgün qurulması, uşaqların mövsümə müvafiq geyindirilməsi, düzgün qidalanması, məktəb ləvazimatlarının düzgün seçilməsi, məktəblərdə gigiyena qaydalarına düzgün riayət edilməsinə xüsusi diqqət yetirmək lazımdır. Hər bir uşaq ev yeməklərindən fastfud qidalarına keçdikdə bədəndəki bütün fizioloji proseslərin yenidən qurulması başlayır. Buna görə də uşaqlarda düzgün və tənzimlənmiş qidalanmaya diqqət yetirmək vacibdir. Burada səhər yeməyi xüsusi yer tutur. Səhər qəbul olunan qida orqanizm üçün vacib bioloji komponentlərlə zəngin olmalıdır. Səhər isti sıyıqlarla qidalanmaya üstünlük verilməsi məsləhət görülür”.
Dərs ilinin başlanması ilə bir sıra problemlərin də ortaya çıxdığını deyən Əmək gigiyenası, uşaq və yeniyetmə gigiyenası kafedrasının müdiri, dosent Şəhla Balayeva bildirib ki, bu problemlərdən biri də məktəbli çantalarının ağır olmasıdır: “Uşağın məktəb çantasının ağırlığı onun çəkisinin on faizinə bərabər olmalıdır. Çantanın ağır olması qamət pozuntularına səbəb olur ki, bu da zahiri görünüşdə yaranan dəyişikliklərlə yanaşı, daxili orqanların da zədələnməsi ilə nəticələnə bilər. Məktəbli çantasının kəməri enli olmalı və hər iki çiyinə geyilməlidir. Bu problemlərdən biri də uşaqların hədsiz isti geyindirilməsidir, bu da immun sisteminin zəifləməsi ilə nəticələnir. Yay mövsümü ilə əlaqədar gündəlik rejimin pozulması yaranan problemlərdən biridir ki, burada yuxu əsas rol oynayır. Uşaqları rejimə alışdırmaq böyüklərə nisbətən çox çətindir. Bu səbəbdən tədris ilinin başlanmasından təxminən iki həftə əvvəl uşağı məktəb rejiminə alışdırmaq lazımdır”.шаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova