Valyuta.com

Azərbaycan Prezidenti silahlı qüvvələrin təmas xəttində olub və yaralılarla görüşüb

Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfər ediblər. Əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə gələn Ali Baş Komandan İlham Əliyevə müdafiə naziri Zakir Həsənov təmas xəttindəki son vəziyyət barədə məlumat verib. Dövlət başçısı hərbi hissənin qərargahı, yeməkxanası, kazarması ilə tanış olub. Sonra hərbi hissənin şəxsi heyəti ilə görüşən Ali Baş

1-05-2016, 10:53

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində müalicə olunan uşaqlara baş çəkib, onların səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb. Səhiyyə naziri Oqtay Şirəliyev Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Mərkəzdə bu günədək aparılan müalicələr barədə məlumat verib. Qeyd olunub ki, 2009-cu ildən istifadəyə verilən Talassemiya Mərkəzi bu xəstəliyə düçar olanlara həm tibbi yardım, həm də mənəvi dəstək baxımından

31-03-2016, 12:20

Səhiyyə naziri Göygöldə vətəndaşları qəbul edib

Göygöl Mərkəzi Rayon Xəstəxanasında səhiyyə naziri Oqtay Şirəliyevin vətəndaşlar üçün səyyar qəbul günü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, dövlət orqanları rəhbərlərinin bölgələrdə təşkil olunan səyyar qəbul günlərinin qrafikinə əsasən keçirilən görüşdə Gəncə şəhərindən, Göygöl, Daşkəsən və Şəmkir rayonlarından olan 20-dən artıq sakinin müraciətinə baxılıb. Qəbulda qaldırılan məsələlər əsasən sağlamlıq, kadr məsələləri, işə

31-03-2016, 12:13

Prezident İlham Əliyev bir sıra Qanun və Sərəncamlar imzaladı

C.Ə.Əliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında səhiyyə sisteminin təkmilləşdirilməsi və tibb elminin inkişafındakı xidmətlərinə görə Cəmil Əziz oğlu Əliyev “Şərəf” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 28 mart 2016-cı il *** Məhkəmə tibbi ekspertlərin

31-03-2016, 12:02

Qanunvericiliyə sertifikasiya ilə bağlı dəyişikliklər edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik olunması barədə yeni Qanun imzalayıb. Sənədə əsasən, Qanunun 49-1-ci maddəsinin ikinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib: “Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların

29-02-2016, 12:03

Azərbaycanla İran səhiyyə və tibb elmi üzrə əməkdaşlıq edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində iki ölkə arasında sənədlərin imzalanması mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə keçirilən mərasimdə 11 sənəd, o cümlədən müxtəlif sahələrdə əməkdaşlıq haqqında sazişlər, çərçivə sazişləri və memorandumlar imzalanıb. Sənədlərdən biri də “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə və Tibbi

29-02-2016, 11:50

Dövlət başçısı icbari tibbi sığorta ilə bağlı Fərman verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Fərman imzalayıb. Sənədə əsasən, adıçəkilən qurumun fəaliyyətini təmin etmək məqsədi ilə onun strukturu və Əsasnaməsi təsdiq edilir. Əsasnamədə qurumun fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları, fəaliyyətinin təşkili kimi müddəalar yer alıb. Bildirilir ki, Agentliyin əsas fəaliyyət

29-02-2016, 11:25

Prezident İlham Əliyev Gəncədə 1 nömrəli Şəhər Xəstəxanasında yaradılan şəraitlə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncəyə şəfəri çərçivəsində burada Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasına gəlib, bu tibb ocağında aparılmış əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Ölkəmizin digər bölgələrindəki tibb müəssisələrində olduğu kimi, Gəncədəki Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasının əsaslı təmiri Azərbaycanda səhiyyə sahəsində görülən tədbirlərin bir hissəsi və məntiqi davamıdır. Bu xəstəxananın yenidənqurmadan sonra istifadəyə

29-02-2016, 11:19

Hemofiliya üzrə yeni Tədbirlər Proqramı qəbul edildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı” təsdiq edilib. Yeni Tədbirlər Proqramının məqsədi hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın həcminin və keyfiyyətinin artırılması, bu xəstəlik nəticəsində əmələ gələn əlilliyin və ölüm hallarının azaldılmasıdır. Proqramın məqsədi hemofiliyanın fəsadlarının diaqnostikasını, müalicəsini və profilaktikasını təkmilləşdirilmək, bu xəstəliyə düçar olmuş şəxslərin

30-01-2016, 14:33

Səhiyyə naziri Ucarda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, dövlət orqanları rəhbərlərinin bölgələrdə keçirilən səyyar qəbul günləri qrafikinə əsasən, səhiyyə naziri Oqtay Şirəliyev Ucar rayonunda olub. Burada Rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edən nazir onların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Görüşdə Ucar rayonu ilə yanaşı, Göyçay, Ağdaş, Ağsu və Zərdab rayonlarının

30-01-2016, 14:13


May 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova