Valyuta.com

Dərmanların ölkəmizə gətirilməsi qaydaları sadələşdirilməlidir

Nazirlər Kabinetində dərman vasitələrinin qeydiyyata alınması, ölkəyə gətirilməsi və gömrük məntəqələrində rəsmiləşdirilməsi qaydalarının sadələşdirilməsi məsələləri ilə bağlı iclas keçirilib. Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda müvafiq dövlət qurumlarının rəhbərləri və nümayəndələri müzakirələr aparıblar. İclasda Əli Əhmədov bildirib ki, Azərbaycanın dərman bazarının bol çeşidli preparatlarla zənginləşməsi, ölkə vətəndaşlarının keyfiyyətli dərmanlarla təmin olunması,

29-09-2018, 10:51

Milli Məclisin səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Milli Məclisin səhiyyə komitəsinin 2018-ci il payız sessiyasında keçirilmiş ilk iclasında komitə sədri Əhliman Əmiraslanov bu ilin yaz və növbədənkənar sessiyaları ərzində görülmüş təşkilati işlər barədə məlumat verib. Qeyd olunub ki, hesabat dövründə komitənin 7 iclasında 11 məsələ müzakirə edilib. Həmin dövrdə komitənin ünvanına daxil olan 205 müraciətə, təklif, ərizə və şikayətə müvafiq qaydada baxılıb. Komitədə müntəzəm olaraq vətəndaşların qəbulu aparılıb, qaldırılan məsələlərin həlli üçün

29-09-2018, 10:49

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Serbiya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Serbiya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında 2018-ci il mayın 21-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan

29-09-2018, 10:46

Uşaqların icbari dispanserizasiyası üzrə yeni dövlət proqramı qəbul olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sənədə əsasən, Səhiyyə Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək və onun icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. Proqramın giriş hissəsində qeyd edilir ki, bu sənəd “Uşaqların icbari

31-08-2018, 10:43

Səhiyyə naziri Ucarda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə səyyar qəbul günləri təşkil olunur, orada vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılır, onların müsbət həlli istiqamətində tədbirlər görülür. Tərtib edilmiş cədvələ uyğun olaraq, səhiyyə naziri Oqtay Şirəliyevin bu qəbildən növbəti qəbul günü Ucar Rayon Mərkəzi Xəstəxanasında keçirilib. Nazir Ucar, Göyçay, Kürdəmir və Ağsu rayonlarından olan

31-08-2018, 10:41

Şəkərli diabet üzrə tibbi xidməti yaxşılaşdırmaq üçün sərəncam verilib

Səhiyyə naziri Oqtay Şirəliyev “Şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, keyfiyyət və səmərəliyinin artırılması üzrə tədbirlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sənəddə “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın icrası üzrə nazirliyin Fəaliyyət Planında göstərilmiş tədbirlərin sürətləndirilməsi məqsədilə işçi qrupu yaradılıb. Sərəncamda şəkərli diabet

31-08-2018, 10:39

ÜST-nin Baş direktoru: “Azərbaycanda Davamlı İnkişaf Məqsədlərinin tətbiqi digər ölkələr üçün örnəkdir”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevə minnətdarlıq məktubu ünvanlayıb. Bu barədə nazirliyin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, məktubda səhiyyə nazirinə 4-6 iyul 2018-ci il tarixlərində Azərbaycana səfər imkanının yaradılmasına görə təşəkkür və minnətdarlıq ifadə olunub. Səhiyyə Nazirliyinin 100 illik yubileyi münasibətilə təbriklərini çatdıran Baş direktor bildirib: “Bu səfərin

31-08-2018, 10:36

Azərbaycan Respublikasının Prezidenti tibb işçilərini təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının təltif edilməsi haqqında və DSX-nin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında iki Sərəncam imzalayıb. Təltif edilənlər arasında tibb işçiləri də var. Belə ki, uzunmüddətli səmərəli fəaliyyətlərinə görə tibb xidməti polkovnik-leytenantı Vəfa Ağayevaya “Əməkdar həkim”, baş gizir Cavahir Hacıxanovaya “Əməkdar tibb işçisi” fəxri adları

31-08-2018, 10:33

Azərbaycan ilə ÜST arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdə səfərdə olan Baş direktoru Tedros Adhanom Gebreyesus ilə görüşüb. Nazir Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığı müsbət qiymətləndirib. O, Tedros Adhanom Gebreyesusun ÜST-nin Baş direktoru vəzifəsinə seçilməsindən sonra təşkilat qarşısında müəyyənləşdirdiyi “hamı üçün səhiyyə, qadın və uşaqların

31-07-2018, 12:03

Azərbaycan ÜST ilə əməkdaşlığın daha da inkişafında maraqlıdır

Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Bakıda səfərdə olan Baş direktoru Tedros Adhanom Gebreyesus ilə görüşüb. Əli Əhmədov vurğulayıb ki, Azərbaycan hökuməti ÜST ilə mövcud əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir və bu əməkdaşlığın daha da inkişaf etdirilməsində, əlaqələrin möhkəmləndirilməsi üçün konkret praktiki addımların atılmasında maraqlıdır. Azərbaycanın səhiyyə

31-07-2018, 12:02


Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova