Valyuta.com

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 mart tarixli 32-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının

31-03-2020, 12:26

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4; 2001, № 3, maddə 141; 2007, № 12, maddə 1212; 2008, № 11, maddə 960; 2014, № 4, maddə 331; 2015, № 4, maddə 352; 2016, № 3, maddə 419; 2018, № 4, maddə 651; 2019, № 1, maddələr 36, 47, № 12, maddə 1904) 16-4-cü

31-03-2020, 12:15

Milli Məclisin Səhiyyə komitəsinin tərkibi müəyyən edildi

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Parlament komitələrinin sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi haqqında Milli Məclisin Qərarlarını imzalayıb. Milli Məclisin müvafiq qərarlarına əsasən, deputat Əhliman Tapdıq oğlu Əmiraslanov Səhiyyə komitəsinin sədri, deputat Rəşad Məmmədqulu oğlu Mahmudov Səhiyyə komitəsi sədrinin müavini seçiliblər. Deputatlar Əliyeva Kamilə Əliağa qızı, İbrahimqızı Məlahət İbrahim qızı, Qafarov Kamaləddin Nəsrəddin oğlu,

31-03-2020, 12:06

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı

Nazirlər Kabineti yanında Operativ Qərargah 31 mart 2020-ci il tarixinə dünyada və Azərbaycanda yeni koronavirus infeksiyası ilə bağlı vəziyyətə dair məlumat yayıb. Məlumatda bildirilir ki, koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha ciddi tədbirlər görməyə məcbur edir. Hazırda bir çox ölkələrdə intensiv qabaqlayıcı tədbirlərin həyata

31-03-2020, 12:04

Səhiyyə Nazirliyində geniş müşavirə keçirilib

Səhiyyə Nazirliyində Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə koronavirusla mübarizə üzrə geniş müşavirə keçirilib. Nazirlər Kabineti yanında operativ qərargahdan bildirildiyinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin, Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta Dövlət Agentliyinin müvafiq strukturlarının rəhbər və əməkdaşlarının iştirak etdiyi müşavirədə qeyd edilib ki, epidemiya təhlükəsinə qarşı

31-03-2020, 11:56

Heydər Əliyev Fondu Azərbaycana tibbi ləvazimatlar gətirdi

Koronavirus xəstəliyinin ölkə ərazisində geniş yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın işinə dəstək olaraq, Heydər Əliyev Fondu tərəfindən müxtəlif ölkələrdən tibbi ləvazimatlar gətirilib. Xüsusi tibbi maskalar, əlcəklər, qoruyucu eynəklər, tibbi geyimlər və dezinfeksiyaedici vasitələr müvafiq tibb müəssisələrinə verilib.

31-03-2020, 11:42

Əli Əsədov: “Sanitar-epidemioloji normalara qeyd-şərtsiz əməl edilməlidir”

Martın 26-da Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib. Toplantıda xüsusi karantin rejiminin tətbiqi və vətəndaşların rejimin tələblərinə əməl etməsinə dair vəziyyət, vətəndaşların müraciətləri əsasında qaldırılmış məsələlər müzakirə olunub. Baş Nazir Ə.Əsədov bildirib ki, xüsusi karantin rejiminin tələblərinə və sanitar-epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl edilməlidir və rejimin tətbiqi üzərində nəzarət gücləndirilməlidir.

31-03-2020, 10:58

Səhiyyə Nazirliyi koronavirus əleyhinə zəruri tədbirlər görür

Azərbaycanda koronavirusun diaqnostikası Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparılır. Virusa yoluxduğu şübhə doğuran şəxslərdən götürülən nümunələr mərkəzdə testlər vasitəsilə yoxlanılır. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, COVİD-19 koronavirus epidemiyasının diaqnostik alətlər dəsti (testlər) Azərbaycana gətirilib və müvafiq tibb müəssisəsinə verilib. Alətlər dəstinin ölkəyə gətirilməsini Ümumdünya Səhiyyə Təşkilatı

29-02-2020, 11:55

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onkoloji xəstə uşaqlara baş çəkib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ərəfəsində onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb. Milli Onkologiya Mərkəzinin nəzdindəki Uşaq Onkologiya Klinikasında keçirilən görüş zamanı Leyla Əliyeva uşaqların səhhəti və müalicələrinin gedişi ilə maraqlanıb. Klinikada müalicə olunan uşaqlara hədiyyələr təqdim edilib.

29-02-2020, 11:52

ÜST Azərbaycan nümayəndəliyi: Səhiyyə Nazirliyinin həyata keçirdiyi tədbirlər ÜST-nin tövsiyələrinə uyğundur

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla mübarizəni gücləndirmək məqsədilə dünyanın bir neçə regionunda, o cümlədən Cənubi Qafqazda regional mərkəzlər yaradıb. ÜST-nin Səhiyyədə Fövqəladə Hallar Proqramının Cənubi Qafqaz üzrə Mərkəzi Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşir. Bu mərkəzin əsas məqsədi Cənubi Qafqaz regionundakı ölkələrin ictimai səhiyyə sahəsindəki fövqəladə hallara hazırlıq və cavab potensialını gücləndirmək üçün xüsusi və prioritetlərə uyğun texniki dəstək

29-02-2020, 11:50


]Dekabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova