Valyuta.com

“Bakı Ürək Günləri” V Beynəlxalq Konqresi

“Bakı Ürək Günləri” V Beynəlxalq Konqresi

“Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinin iştirakçılarına

Hörmətli konqres iştirakçıları!
Sizi – Azərbaycan kardioloqlarını və müxtəlif ölkələrdən Bakıya gəlmiş alimləri səmimi qəlbdən salamlayır, hər birinizə insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə nailiyyətlər arzulayıram.
“Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin təşkilinin artıq ənənəvi şəkil alması onun kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafı sahəsində nüfuz qazandığını göstərir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan konqresinizin işində dünyanın müxtəlif mötəbər tibb mərkəzlərini, o cümlədən ABŞ-ın Klivlend Klinikasını, Almaniyanın Berlin Ürək Mərkəzini, Türkiyə, Rusiya, İsveçrə, Avstriya və digər ölkələrin tibb müəssisələrini təmsil edən 400-ə yaxın kardioloq alim və cərrahın iştirakı təqdirə layiqdir.
Yaxşı məlumdur ki, kardioloji xəstəliklər müasir dövrdə insanların ən çox məruz qaldığı xəstəliklərdəndir. Dünyanın nüfuzlu kardioloji mərkəzlərində aparılan ən çətin əməliyyatların hazırda ölkəmizdə yeni nəsil kardioloqların fəaliyyəti sayəsində uğurla həyata keçirilməsi fərəh doğurur. Beynəlxalq təcrübədən qarşılıqlı surətdə lazımınca faydalanmaqla kardiologiyanın aktual problemlərinin həllinə yönəlmiş birgə səylərinizin gözəl bəhrə verəcəyinə inanıram. Sevindirici haldır ki, Azərbaycan səhiyyəsinin bugünkü vəziyyəti təbabətin sürətlə inkişaf edən sahələrindən biri kimi kardiologiya elminin ən son nailiyyətlərinin tətbiqinə, ürək xəstəliklərinin müasir terapevtik və cərrahi üsullarla müalicəsinin təmin olunmasına əlverişli şərait yaradır.
Ölkəmizdə gerçəkləşdirilən bir çox tədbirlər, xüsusilə əhalinin müntəzəm dispanserizasiyası, sağlam həyat tərzinin təbliği, idmanın və bədən tərbiyəsinin geniş vüsət alması kardioloji xəstəliklərin profilaktikasına xidmət edir. Builki konqresinizin böyük müvəffəqiyyətlə başa çatmış IV İslam Həmrəyliyi Oyunlarının ardınca keçirilməsi idman və təbabət arasında bağlılıq baxımından rəmzi məna daşıyır. Son illər Azərbaycanda mütəmadi təşkil olunan beynəlxalq səviyyəli mötəbər tədbirlər müxtəlif ölkələrdən gələn qonaqlara dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmiş Bakı ilə, xalqımızın mədəniyyət, elm və iqtisadiyyatda nail olduğu parlaq nəticələrlə tanışlıq imkanı yaratmışdır. Əminəm ki, siz də doğma vətəninizə xalqımız və şəhərimiz haqqında aldığınız xoş təəssüratlarla dönəcəksiniz.
Ümidvaram ki, yüksək elmi və elmi-təcrübi əhəmiyyətə malik bu konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək və tibb elminin inkişafına layiqli töhfəsini verəcəkdir.
Ən səmimi arzularla,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 may 2017-ci il.



Azərbaycan paytaxtında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresi keçirilib. Artıq ənənəvi hal alan, ölkəmizdə kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etmək məqsədi daşıyan bu elmi-praktik forum Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə baş tutub. Dünyanın aparıcı kardioloq və kardiocərrahlarının dəvət olunduğu üçgünlük konqresdə 15 ölkədən 400-ə yaxın yerli və əcnəbi mütəxəssis iştirak edib.

Fəxri xiyabanı ziyarət


Əvvəlcə konqres iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra konqres iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini yad ediblər.

Gənc mütəxəssislər üçün praktik məşğələlər


Ötən konqresdə tətbiq edilən yenilik bu dəfə də davam etdirilib. Belə ki, xarici ölkələrdən dəvət olunmuş tanınmış, yüksək ixtisaslı ürək cərrahları tədbirin rəsmi açılışından əvvəl ürək-damar cərrahiyyəsi sahəsində fəaliyyət göstərən bütün gənc mütəxəssislər üçün praktik məşğələlər keçiblər. Müasir avadanlıqlardan istifadə etməklə, xüsusi şəraitdə keçirilən WET LAB praktik məşğələlərində heyvan ürəkləri üzərində ürəyin cərrahi anatomiyası üzrə təlim aparılıb.
Türkiyə Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin həmsədri, professor Mehmetali Özatikin moderatorluğı ilə “Damar anastomozu” mövzusunda ilk təlimdə süni damarlara atılan tikişlər, onların bir-birinə bağlanma yolları tədris olunub. “Mitral qapaq təmiri” mövzusunda digər təlimdə isə moderator – Türkiyənin Ankaradakı Atatürk Xəstəxanasının ürək-damar cərrahı, professor Şərəf Alp Küçüker ürək qapaqları xəstəlikləri zamanı tətbiq olunan cərrahi müdaxilələr barədə məlumat verib.
Sonra təlimlər mövzuları əhatə edən əməliyyatların maketlər üzərində tətbiqi ilə davam etdirilib.

“Bakı Ürək Günləri”nin rəsmi açılış mərasimi


Rəsmi açılış mərasimində əvvəlcə dövlət başçısı İlham Əliyevin konqres iştirakçılarına təbrik məktubunu oxunub.
Açılışda çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, “Bakı Ürək Günləri” Beynəlxalq Konqresi 2009-cu ildən etibarən hər iki ildən bir təşkil edilir. Azərbaycan səhiyyəsinin yüksək səviyyəsinin göstəricisi olan bu konqreslər bizim mütəxəssislərin beynəlxalq təcrübədən yararlanmasına şərait yaradır, həmçinin Azərbaycanın uğurlarının təbliği işində mühüm rol oynayır. Bu konqres kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində yerli və xarici mütəxəssislərin fikir və təcrübə mübadiləsi aparmaları üçün ən ideal məkandır.
Ölkəmizdə kardiologiyanın inkişaf tarixindən danışan E.Ağayev bildirib ki, hələ 1978-ci ildə keçmiş SSRİ ölkələri arasında ilk açıq ürək əməliyyatları Azərbaycanda keçirilib. Səhiyyəmizin tarixinə nəzər salan E.Ağayev dövlət müstəqilliyimizin ilk illəri ilə müqayisədə bu sahədə vəziyyətin müsbət istiqamətə doğru dəyişdiyini diqqətə çatdırıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində səhiyyənin digər sahələri kimi, kardiologiyada da mühüm nailiyyətlərin əsası qoyulub. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan səhiyyəsinin infrastrukturu tam yenilənib. Son 10 ildə 600-dən çox tibb müəssisəsi əsaslı təmir olunaraq və ya tikilərək əhalinin istifadəsinə verilib. Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var.
AÜDCC-nin sədri, tibb elmləri doktoru Kamran Musayev bildirib ki, “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinin reallaşması ümummilli lider Heydər Əliyevin səhiyyə siyasətinin məntiqi nəticəsidir. Onun bu sahədə uzaqgörən siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
K.Musayev məlumat verib ki, konqresin ilk günündə təşkil edilən “Damar anastomozu” və “Mitral qapaq təmiri” kursları xüsusilə gənc kardioloqlar üçün çox faydalı olub. Azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı verən Konqresdə təşkil olunan sosial proqram çərçivəsində əcnəbi qonaqlar həm də Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə tanış ola biləcəklər.
Türkiyə Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin həmsədri, professor Mehmetali Özatik konqresin əhəmiyyətini vurğulayarıb, təşkil olunan təlimlərin gənc cərrahların gələcək professional fəaliyyətlərində çox böyük müsbət rol oynayacağına əminliyini bildirib.
Milli Məclisin deputatı Fəttah Heydərov ölkəmizin sürətli iqtisadi inkişafının bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verdiyini, dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artdığını qeyd edib. Ölkəmizdə səhiyyə sahəsində aparılan islahatlardan və inkişafdan söhbət açan F.Heydərov bildirib ki, Azərbaycanda əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzindədir. Son illər iqtisadiyyatın yüksək inkişafı səhiyyə sahəsinə də öz təsirini göstərib və bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər görülüb.
Milli Məclisin deputatı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov ürək-damar xəstəliklərinin dünyada ölümə səbəb olan qeyri-infeksion xəstəliklər sırasında birinci yerdə olduğunu deyib və ölkəmizdə səhiyyənin digər sahələrində olduğu kimi, kardiologiyanın da çox sürətli inkişafın müşahidə edildiyi bildirib. O, son illərdə Azərbaycan kardiocərrahlarının Bakıda və regionlarda apardıqları uğurlu əməliyyatları yüksək qiymətləndirib. Bildirib ki, bu əməliyyatları aparan kadrlar vaxtında dövlətimiz tərəfindən xarici ölkələrə təhsil almağa göndərilən gənclərdir. R.Mahmudov, eyni zamanda, ölkəmizdə tətbiqinə başlanılan icbari tibbi sığorta haqqında da danışıb.
Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Fərid Əliyev, yeni yaradılmış “Həyat Fondu”nun rəhbəri Hacı Nuran Hüseynov paytaxtda və regionlarda beynəlxalq standartlara cavab verən, müasir avadanlıqla təmin olunmuş müalicə-diaqnostika mərkəzlərinin istənilən ürək əməliyyatlarının keçirilməsinə imkan verdiyini qeyd ediblər.
Konqres işini bölmələrdə davam etdirib.

Bölmə iclasları


Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev, mütəxəssislər Anar Əmrah, Elnur İmanov və Qalib İmanovun sədrliyi ilə keçirilən “Anadangəlmə ürək qüsurları” adlı sessiyada anadangəlmə ürək qüsurları və onların yaranma səbəbləri müzakirə edilib. İclasda “Ağciyər hipetenziyalı geniş VSD-lərdə qapaqlı yamaq istıfadəsi” (Abbas Əfrasiabi, İran), “Aortkoarktasiyanın cərrahi müalicəsinin xüsusiyyətləri” (Elnur Həsənov, Azərbaycan) və “Yenidoğulmuşlar və az yaşlı uşaqlarda koarktasiya və rekoarktasiyanın cərrahi və endovaskulyar müalicəsi” (Aleksey Kim, Rusiya) mövzularında məruzələr dinlənilib.
C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Adil Baxşəliyev, Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Faiq Quliyev, mütəxəssislər Fazil Abbasov, Elman Ələkbərov və Abbasəli Abbasəliyevin sədrliyi ilə keçirilən “Koronar 1” adlı ikinci sessiyada erkən miokard infarktlar, mitral qapaq çatışmazlığı və s. mövzular müzakirə olunub. Sessiyada “İkincili mitral qapaq xəstəliyində cərrahi baxış” (professor Rəşad Mahmudov, Azərbaycan), “ Familial hiperxolesterinemiya. Aysberqin görünməyən üzü” (Firdovsi İbrahimov, Azərbaycan), “40 yaşın altında xəstələrdə miokard revaskulyarizasiyası” (Fuad Abdullayev, Azərbaycan) və “Aortokoronar şuntlama keçirmiş xəstələrdə perkutan müdaxilələr” (Eyvaz Abbasov, Azərbaycan ) mövzularında məruzələr dinlənilib.
Konqresin azərbaycanlı mütəxəssislər Seymur Musayev, Nüsrəddin Abışov, Üzeyir Rəhimov və Rasim Cəfərovun rəhbərliyi altında keçirilən “Aorta cərrahiyyəsi” bölməsində Rezayat Pərvizinin “Kəskin aorta disseksiyasında müasir cərrahi texnikalar”, Mustafa Çıkırıkçıoğlunun“Tip A kəskin aorta disseksiyası” və Şeref Alp Küçükerin “Aorta qapaq qoruyucu əməliyyatlar (reimplantasiya-remodeling)” mövzularında məruzələri dinlənilib, müzakirələr aparılıb.
“Minimal invaziv müdaxilələr” bölməsi Ömər İşık, Rəşad Mahmudov, Firuz İbrahimov və Ülvi Mirzəyevin sədrliyi ilə keçirilib. Bölmədə Kamran Musayevin “Minimal invaziv ürək cərrahiyyəsi: Mərkəzi klinika təcrübəsi”, Cengiz Köksalın “Mitral qapaq təmirində dəyişən təməl prinsiplər və mikro-invasiv mitral qapaq təmiri”, Altuğ Tuncərin “Arkus aort cərrahiyyəsində hibrit yanaşma” və Otto Dapuntun “Ürək cərrahiyyəsində Perceval və Memo 3D-nin rolu” mövzularda məruzələri dinlənilib.
Konqresinin ikinci iş günü “Yeni trendlər” bölməsində aparılan müzakirələrlə başa çatıb. Tanınmış kardioloqlar Fuad Abdullayev, Fərid Əliyev, Rufulla Abdullayev, Qalib Qarayev və Vəsadət Əzizovun sədrliyi ilə keçirilən bölmə iclasında Həsən Babazadənin “İnsan ürək toxuması mühəndisliyi: konsepsiya, yanaşmalar, proqress və biomühəndislik problemləri”, Ümit Kervanın “Ventrikül dəstək sistemlərində yeni trendlər” mövzularında məruzələri dinlənilib.
Konqresinin üçüncü iş günündə orta tibb işçilərinin nəzəri-praktiki biliklərinin artırılması məqsədi daşıyan “Tibb bacıları toplantısı” bölməsində müzakirələr aparılıb. Bu bölmədə Könül Nəzərovanın “Yataq yaralarına qulluq və müalicəsi”, Nərgiz Tağızadənin “Ürəyin xroniki xəstəliklərində qulluq”, İradə Sadıxovanın “KVC şöbəsində xəstələrə əməliyyatdan əvvəlki və sonrakı baxım”, Səltənət Rüstəmovanın “Müasir monitorinq standartları”, İlqar Şirəliyevin “Kardiovaskulyar əməliyyatlarda anestezioloji iş prinsipi”, Tural Aydınovun “AKŞ əməliyyatından sonra ürək çatışmazlığının korreksiyası” mövzularında mühazirələri dinlənilib.
Sonra “Maket üzərində kardio-pulmonar resusitasiya” kursu keçirilib. İştirakçılar sertifikatlarla təltif olunub.
Kardioloqlar Firuz Kazımov, Eldəniz Əliyev, Mehman Ağamalıyev, İsfəndiyar İsmayılov və Ruslan Nəcəfovun sədrliyi ilə keçən “Ürək çatışmazlığı” bölməsində Yuriy Pyanın “LYAD ürək plantasiyasına alternativ kimi”, Abbasəli Abbasəliyevin “Ürək çatışmazlığı 2017” və Musa Qəhrəmanovun “Aşağı atım fraksiyalı xəstələrdə revaskulyarizasiya qərarı” mövzularında məruzələri dinlənilib.
Elməddin Əliyev, Cəmil Babayev, Firdovsi İbrahimov və Tofiq Cahangirovun sədrliyi ilə keçən “Qapaq 1” bölməsində Anar Əmrah “İnfektiv endokarditin cərrahi müalicəsi”, Oqtay Musayev “Keçmişdən bu günə: qapaq trombozları və Vüqar Qapaqov “Aort qapaq qoruyucu əməliyyatları” mövzusunda məruzələr ediblər.
“Anadangəlmə ürək qüsurları 2” bölməsi tanınmış kardioloqlar Natiq Mirzəyev, İbrahim İsayev, Şahin Xəlilov və Elnur Həsənovun sədrliyi ilə aparılıb. Bölmədə Andreas Petropulosun “Erkən diaqnostika və müalicədə pediatrik kardioloqun rolu”, Nabil Seyidovun “Neonatal screening proqramı: kritik anadangəlmə ürək qüsurlarının aşkar edilməsi üçün puls-oksimetriya testi”, Vəli Behbudovun “Kritik ürək xəstəlikləri” və Kamran Əhmədovun “Sianotik ürək qüsurlarında sistemik-pulmonar şunt proseduru” mövzusunda məruzələri dinlənilib.
Cabir Gülmalıyev, İsax Mustafayev, Rafiq Yusifli və Mirəli Məcidovum sədrliyi ilə “Qapaq 2” bölməsində Fuad Səmədovun “Mitral qapağın əməliyyatqabağı dəyərləndirilməsi”, Seymur Musayevin “İşemik mitral qapaq çatışmazlığı olan xəstələrə cərrahi yanaşma” və Solxan Lominadzenın “İşemik mitral çatışmazlığı cərrahiyyəsi: rezidual MÇ-nin uzun dönəm nəticələrinə təsiri” mövzusunda məruzələri ətrafında müzakirələr aparılıb.
Kardioloqlar Özgür Kocamaz, Ziya Səlimov, Əhməd Babayev, Rəfael Daşdəmirov və Vüqar Qapaqovun sədrlik etdiyi “Koronar 2” bölməsində Mehman Ağamalıyev “Koronar arteriya perforasiyalarında müdaxilələr”, Elnur İsayev “Koronar müdaxilələrin ziddiyyətləri. Son araşdırmalar bizi hara aparır?”, Elnur Azadxanov “Koronar arteriyalrın anamoliyaları” və Ramil Əliyevin “ÜİX-nin mexaniki ağırlaşmalarının cərrahi müalicəsi” mövzularında məruzə ediblər.
Bununla da Konqress öz işini başa çatdırıb.шаблоны для dle 11.2





May -2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova