Valyuta.com

Mehriban Əliyeva Respublika Uşaq Sanatoriyasında yaradılan şəraitlə tanış oldu

Mehriban Əliyeva Respublika Uşaq Sanatoriyasında yaradılan şəraitlə tanış oldu
Dekabrın 29-da Səhiyyə Nazirliyinin Bakının Buzovna qəsəbəsindəki Respublika Uşaq Sanatoriyasının yenidənqurmadan sonra açılışı olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər.
Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə Azərbaycanın birinci xanımına ətraflı məlumat verərək bildirib ki, 1986-cı ildə fəaliyyətə başlayan, heç vaxt təmir edilməyən sanatoriya binası istifadəyə yararsız olduğundan, 2012-ci ilin iyunundan burada yenidənqurma işlərinə başlanılmışdı. Sanatoriyanın altımərtəbəli binası yüksək səviyyədə təmir edilib, elektrokardioqrafiya, fizioterapiya, tədris-məşğələ, psixoloq, oyun otaqları və palataları ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Burada 182 nəfərlik tibbi heyətin uşaqlara ən yüksək səviyyədə xidmət göstərməsi üçün geniş imkanlar yaradılıb. Səhiyyə müəssisəsində ölkəmizin bütün bölgələrindən somatik xəstəliyi olan 4-14 yaşlı uşaqlar müalicə alacaqlar. Tibb ocağında xüsusi qulluğa ehtiyacı olan uşaqların anaları üçün də palata nəzərdə tutulub. Binada fizioterapiya və bərpa şöbəsi, müalicəvi idman zalı, akt zalları, müalicəvi vannaların olduğu dörd otaq yaradılıb.
Respublika Uşaq Sanatoriyasında yenidənqurmadan sonra yaradılan şərait Azərbaycan dövlətinin uşaqların sağlamlığının qorunmasına yetirdiyi diqqətin təzahürüdür. Görülən işlər bir daha təsdiqləyir ki, gələcəyimiz olan uşaqların sağlam böyümələri üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb.
Mehriban Əliyeva Respublika Uşaq Sanatoriyasında yaradılan şəraitlə tanış olduшаблоны для dle 11.2





IYUL2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova