Valyuta.com

Milli Məclisin Səhiyyə komitəsinin tərkibi seçildi

Milli Məclisin Səhiyyə komitəsinin tərkibi seçildi

Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin komitələri, onların rəhbərləri və üzvləri müəyyənləşib.
Qeyd edək ki, Milli Məclisin budəfəki tərkibində komitələrin sayı artırılıb. Belə ki, Sosial siyasət komitəsinin əvəzində bundan sonra Əmək və sosial siyasət komitəsi və Səhiyyə komitəsi fəaliyyət göstərəcək.
Millət vəkilləri komitələrin rəhbərliyini və üzvlərini də seçiblər. Milli Məclisin Sədri Oqtay Əsədovun imzaladığı Qərarlarda bildirilir ki, Əhliman Tapdıq oğlu Əmiraslanov Səhiyyə komitəsinin sədri, Musa İsa oğlu Quliyev komitənin sədr müavini seçilib.
Milli Məclisin Səhiyyə komitəsinin üzvləri isə deputatlar Məlahət İbrahimqızı, Kamaləddin Qafarov, Rəşad Mahmudov və Rafiq Məmmədhəsənovdur.
Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri seçilən Əhliman Əmiraslanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsindən azad edilib.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova