Valyuta.com

Səhiyyə Nazirliyi psixi sağlamlıq xidmətini gücləndirir

Səhiyyə Nazirliyi psixi sağlamlıq xidmətini gücləndirir

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda psixi sağlamlıq xidmətinin gücləndirilməsi ilə əlaqədar yeni əmr imzalayıb. Sənədə əsasən, ölkədə ixtisaslaşdırılmış tibb müəssisələrinə müraciət edən xəstələrin psixoloji müayinədən keçirilməsi, onların emosional və davranış problemlərinin aşkar edilməsi, psixoterapevtik üsullar vasitəsilə psixi sağlamlığın bərpa olunması və maarifləndirmə yolu ilə psixi pozuntuların qarşısının alınması məqsədi ilə bir sıra səhiyyə ocaqlarında psixoloq ştatı yaradılır. Həmin mütəxəssislərə təşkilati-metodik rəhbərlik isə Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinə həvalə edilir.
Beləliklə, bu əmrə əsasən Azərbaycanda ilk dəfə olaraq tibb müəssisələrində klinik psixoloqlar fəaliyyət göstərəcəklər.
Ölkədə psixi sağlamlıq xidmətlərinin daha yaxşı təşkil edilməsi üçün insanların bu sahədə tələbatlarını və problemlərini aşkarlayan klinik psixoloqların tibb müəssisələrində çalışması olduqca vacibdir. Belə ki, insanlar xəstəliklər zamanı təkcə fiziki deyil, eyni zamanda, müxtəlif psixoloji və emosional problemlərlə də qarşılaşırlar. Bu problemlərin vaxtında aşkar olunması və həll edilməsi həmin şəxslərin psixo-sosial adaptasiya imkanlarını genişləndirir. Məsələn, sonsuzluqdan uzun müddət müalicə alan qadının motivasiya və tələbatlar sisteminin, əhval-ruhiyyəsinin, şəxsiyyətlərarası münasibətlər sferasının və s. qiymətləndirilməsi və müvafiq psixoloji müdaxilə olunması onun həyat keyfiyyətlərini yüksəldir.
Beynəlxalq tədqiqatlar göstərir ki, ağır və xroniki xəstəliklər zamanı əsas müalicə ilə yanaşı, psixoterapiya da aparılarsa, nəticə daha uğurlu olur. Bəzi pozuntular (post-travmatik stress pozuntusu, obsessiv-kompulsiv pozuntu, sosial fobiya və s.) zamanı isə psixoterapiyanın səmərəsi medikamentoz müalicənin effektivliyindən daha yüksək qiymətləndirilir.
Gündəlik həyatda da bəzən insan gözlənilmədən krizis vəziyyəti ilə üzləşə bilər ki, bu zaman psixoloqların xidməti əvəzsizdir.
Psixoloqların müxtəlif səhiyyə xidmətlərində çalışmasının digər vacib aspekti psixi sağlamlığın dəstəklənməsi və psixi xəstəliklərin profilaktikası üçün maarifləndirmə işlərinin aparılması zərurəti ilə bağlıdır. Bu tədbirlər təkcə xəstələri deyil, eyni zamanda, onların ailə üzvlərini də əhatə edir. Belə ki, psixi xəstəliklər zamanı pasiyentin yaxınları adətən ona necə yanaşmalı, onunla necə rəftar etməli olduqlarını bilmirlər. Bununla bağlı onlar özləri də stress keçirə bilərlər. Psixoloqlar ailələr və pasiyentlərlə bir yerdə işləyəndə məsələnin həlli yolları ilə bağlı cox yaxşı qərarlar qəbul edib, problemdən çıxış yolları tapa bilərlər.
Psixoloq fəaliyyətinin digər aspektlərindən biri də burada başqa sahələrdə olmayan bəzi diaqnostik instrumentlərin mövçudluğudur. Bu alətlər tək diaqnoz qoymaq üçün istifadə edilmir, onlar eyni zamanda pozuntunun ağırlıq dərəcəsini, insanın həyat keyfiyyətini, adaptasiya səviyyəsini, şəxsi xüsusiyyətlərini, qabiliyyətlərini və s. qiymətləndirir. Bu səbəbdən sağlam insanların işə yararlılığının qiymətləndirilməsi, çağırışçıların hərbi-tibbi ekspertizası və ya məhkəmə ekspertizası zamanı psixoloqların rolu əvəzsiz ola bilər.
Bütün bunları nəzərə alaraq, Səhiyyə Nazirliyi elmi tədqiqat institutlarında, tibb mərkəzlərində, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Respublika Perinatal Mərkəzi və s. kimi səhiyyə ocaqlarında psixoloq ştatı açır. Bu müəsissələrdə klinik psixoloqların fəaliyyət göstərməsi müalicəyə müasir və hərtərəfli yanaşmanı təmin edəcək.шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova