Valyuta.com

Səhiyyə Nazirliyinin regional kollegiya iclası keçirildi

Səhiyyə Nazirliyinin regional kollegiya iclası keçirildi

Səhiyyə Nazirliyi kollegiyasının budəfəki regional iclası fevralın 20-də Cəlilabad rayonunda keçirilib və Cənub bölgəsində səhiyyə xidmətlərinin təşkilinə həsr olunub.
Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçən toplantıda bölgənin 12 rayonunun mərkəzi rayon xəstəxanalarının baş həkimləri, rayon Gigiyena və Epidemiologiya Mərkəzlərinin rəhbərləri də iştirak ediblər.
Kollegiya iclasında Cənub bölgəsi rayonlarında əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi və onun daha da yüksəldilməsi imkanları müzakirə olunub. O cümlədən, tibb müəssisələrinin dərman təchizatının yaxşılaşdırılması və bu istiqamətdə görülən işlərdən, kadrların ixtisas səviyyəsinin artırılması, bölgədə sanitar-gigiyenik normalara riayət və s. bu kimi məsələlərdən bəhs edilib. Həmçinin səhiyyə nazirinin Cəlilabadda vətəndaşları səyyar qəbulu günü ilə bağlı olaraq əhalinin tibbi xidmətdən razılıq səviyyəsi barədə söhbət açılıb, bu sahədə çatışmazlıqların aradan qaldırılması yolları müzakirə olunub.шаблоны для dle 11.2





May 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova