Valyuta.com

Səhiyyə Nazirliyi bir neçə özəl tibb müəssisəsini cəzalandırıb

Səhiyyə Nazirliyi bir neçə özəl tibb müəssisəsini cəzalandırıb

Səhiyyə Nazirliyi özəl tibb müəssisələrində qanunsuz tibbi xidmətlərin göstərilməsinin qarşısını almaq məqsədilə nəzarəti gücləndirib.
Son dövrlərdə keçirilmiş yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrində ciddi qanun pozuntuları aşkar edilib. Belə pozuntulara yol verdiklərinə görə “Bioloji Təbabət” MMC, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “İdeal Tibb Şirkəti” MMC və “Diaqnoz Tibb Şirkəti” MMC şirkətləri barəsində Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cəza növü kimi inzibati-məcburedici tədbirlər görülüb.
Özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmiş şəxslərin siyahısı, eləcə də müvafiq lisenziyalar üzrə həmin şəxslərin həyata keçirdiyi işlər və xidmətlər haqqında məlumatı Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək mümkündür.шаблоны для dle 11.2





May 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova