Valyuta.com

Prezident İlham Əliyev: “Biz Azərbaycan səhiyyəsinin təkmilləşməsində böyük uğurlara nail ola bilmişik”

Prezident İlham Əliyev: “Biz Azərbaycan səhiyyəsinin təkmilləşməsində böyük uğurlara nail ola bilmişik”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında (MŞX) aparılan yenidənqurma işləri ilə tanış olub.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına görülən işlər barədə geniş məlumat verərək bildirib ki, uzun illər təmir olunmayan bu müalicə müəssisəsi ilk dəfə əsaslı şəkildə yenidən qurulub. Ölkə rəhbərinin 18 aprel 2013-cü il tarixli Sərəncamına əsasən, Mingəçevir MŞX-da əsaslı təmir və yenidənqurma işlərinin aparılması, onun çoxprofilli tibb müəssisəsinə çevrilməsi məqsədilə Prezidentin ehtiyat fondundan ilkin olaraq 3 milyon manat vəsait ayrılıb. 2013-cü ilin may ayında başlanılan yenidənqurma işləri bu ilin fevralında başa çatdırılıb.
Möhtəşəmliyi ilə göz oxşayan xəstəxana kompleksi 3 əsas korpusdan ibarətdir ki, burada doğum, cərrahiyyə və terapiya bölmələri yerləşir. Xidmətin müxtəlifliyi ilə fərqlənən 430 çarpayılıq tibb müəssisəsində cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya, reanimatologiya, şua-diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, klinik laboratoriya, təcili tibbi yardım stansiyası və əməliyyat blokları fəaliyyət göstərəcək. Tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla, mərkəzləşmiş havalandırma sistemi ilə təmin edilən səhiyyə ocağında müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaq. Səhiyyə ocağında ilk dəfə olaraq 10 çarpayılıq dializ otağı yaradılıb ki, bu da Mingəçevirdə dializə ehtiyacı olan xəstələrin hamısını əhatə edəcək. Palatalarda xəstələrin rahatlığı üçün hər cür şərait yaradılıb. Burada tibb işçiləri şəhər əhalisinə, qaçqın və məcburi köçkün ailələrinə, ətraf rayonların sakinlərinə tibbi xidmət göstərəcəklər.
Dövlət başçısının diqqətinə çatdırılıb ki, xəstəxananın bütün infrastrukturu tamamilə yenilənib. Tibb ocağı üçün ən son tibbi texnologiyalarla təchiz olunan 5 təcili tibbi yardım avtomobili alınıb. Ərazidə əqli və fiziki cəhətdən zəif olan uşaqlar üçün Reabilitasiya Mərkəzi də tikilib.
Yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşdü. Tibb işçilərini salamlayan ölkə rəhbəri Mingəçevir Şəhər Xəstəxanasının əsaslı təmirdən sonra açılışı münasibətilə onları təbrik etdi: “Xəstəxana ilə tanış oldum, çox gözəl təəssürat bağışlayır. Bina gözəl təmir olunub, burada ən yüksək standartlar tətbiq edilib, ən müasir avadanlıq quraşdırılıb. Dünyanın ən qabaqcıl xəstəxanalarında olan avadanlıq bu gün Mingəçevirdə də var. Bu məni çox sevindirir. Çünki bu bir daha göstərir ki, biz Azərbaycanda səhiyyə sisteminin təkmilləşməsində böyük uğurlara nail ola bilmişik. Bütün şöbələr var və 430 çarpayılıq Mərkəzi Şəhər Xəstəxanası bu gün artıq hazır vəziyyətdədir.
Bu xəstəxananın binası 1960-cı illərdə tikilmişdir. Təbii ki, illər keçdikcə yararsız vəziyyətə düşmüşdü, avadanlıq da köhnəlmişdi. Bu gün isə xəstəxana ən yüksək səviyyədə qurulub və bu məni çox sevindirir. Burada həkimlərin iş şəraiti də çox yaxşıdır, xəstələrə də gözəl xidmət göstəriləcək.

Prezident İlham Əliyev: “Biz Azərbaycan səhiyyəsinin təkmilləşməsində böyük uğurlara nail ola bilmişik”

Son illərdə Azərbaycanın bütün bölgələrində müasir xəstəxanalar tikilir, təmir edilir, diaqnostika mərkəzləri inşa olunur. Son 11 il ərzində Azərbaycanda 500-dən çox tibb müəssisəsi tikilmiş, təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuşdur. Bu, insanlara göstərilən diqqətin təzahürüdür. Çünki insanların sağlamlığı dövlətimiz üçün prioritet məsələdir və müxtəlif tədbirlərin həyata keçirilməsi ilə biz bu işlərdə, hesab edirəm ki, dönüş yarada bilmişik. İlk növbədə, demək olar ki, artıq bütün şəhər və rayonlarımızda müasir səhiyyə infrastrukturu var. Həkimlərin peşəkarlığı artır, hazırda Azərbaycanda ən mürəkkəb əməliyyatlar həyata keçirilir. Bir neçə il bundan əvvəl bu barədə danışmaq belə yersiz idi.
Bu gün Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan işlər beynəlxalq səhiyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Ümumdünya Səhiyyə Təşkilatı, Avropa Səhiyyə Təşkilatı Azərbaycanın islahatlarını yüksək qiymətləndirirlər. Eyni zamanda, mən dəfələrlə xəstəxanaların, diaqnostika mərkəzlərinin açılışında olarkən qeyd edirdim ki, bizim vətəndaşlar gərək vaxtlı-vaxtında müayinədən keçsinlər. Mən hər dəfə bunu təkrarlayırdım, bu gün də bunu demək istəyirəm. Ancaq görürdük ki, əhali tərəfindən buna o qədər də böyük maraq göstərilmirdi. Ona görə keçən ildən başlayaraq Azərbaycanda kütləvi şəkildə dispanserizasiya keçirilməyə başlanmışdır. Keçən il 5 milyondan çox, bu il artıq 1 milyon 500 min insan dispanserizasiyadan keçib. Bütün dispanserizasiya xidmətləri pulsuzdur və bir məqsəd var ki, insanlar öz xəstəliklərini vaxtında aşkar etsinlər və əgər müalicəyə ehtiyac olarsa, yüksək keyfiyyətli tibbi xidmət alsınlar. Nəzərə alsaq ki, bütün bölgələrdə müasir xəstəxana kompleksləri var, bunu etmək o qədər də çətin deyil. Təki iradə olsun, bu da var. Bu istiqamətdə dövlət siyasəti bundan sonra da aparılacaq. Sosial siyasət Azərbaycanda, həmişə olduğu kimi, prioritet məsələdir. Sosial infrastrukturun yaradılması sahəsində böyük işlər görülüb və səhiyyə sistemi burada ön plandadır”.

Prezident İlham Əliyev: “Biz Azərbaycan səhiyyəsinin təkmilləşməsində böyük uğurlara nail ola bilmişik”
Prezident İlham Əliyev: “Biz Azərbaycan səhiyyəsinin təkmilləşməsində böyük uğurlara nail ola bilmişik”
Prezident İlham Əliyev: “Biz Azərbaycan səhiyyəsinin təkmilləşməsində böyük uğurlara nail ola bilmişik”

Bütün bu işləri görmək üçün güclü iqtisadiyyatın əsas şərt olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, hətta dünyada və regionda gedən böhran illərində də Azərbaycan iqtisadiyyatı artır və bu inkişaf belə xəstəxanaların tikilməsinə, sosial məsələlərin uğurla həll edilməsinə imkan yaradır. Artıq özünü, öz seçimini müdafiə etməyə qadir olan Azərbaycana Yaxın Şərqdə, Avropada, MDB məkanında baş verən xoşagəlməz hadisələr mənfi təsir etməyib. Ancaq iqtisadi göstəricilərimiz müsbət olsa da, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, bölgədə xoşagəlməz iqtisadi proseslər bizə də təsirsiz ötüşməyib. Regionda gedən proseslər, MDB məkanında yaşanan gərginlik, bütün qonşu dövlətlərdə milli valyutaların kəskin şəkildə ucuzlaşması manatın məzənnəsində dəyişiklik edilməsinə gətirib çıxarıb. Bununla belə, Prezident vurğulayıb ki, əsas məsələ Azərbaycan xalqını mümkün risklərdən qorumaq, ölkədə sabitliyi möhkəmləndirmək və xalqımızın seçimini müdafiə etməkdir. Dövlət rəhbəri həmçinin bildirib ki, manatın məzənnəsinin dollara bərabərləşdirilməsi sosial məsələlərə daha çox vəsait xərclənməsinə, büdcədə problem olmamasına, ölkə üçün lazım olan bütün infrastruktur layihələrinin vaxtında icra edilməsinə imkan verəcək.
President İlham Əliyev Mingəçevir şəhərinin inkişafı barədə də danışıb, görülmüş işlərdən, planlaşdırılan layihələrdən söz açıb. Əldə edilən nailiyyətlər münasibətilə bütün mingəçevirliləri təbrik edib, cansağlığı və uğurlar arzulayıb.шаблоны для dle 11.2





May 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova