Valyuta.com

Milli Məclisin Sosial Siyasət Komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb

Milli Məclisin Sosial Siyasət Komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb
Milli Məclisin Sosial Siyasət Komitəsinin iclasında Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunun qüvvəyə minmə müddətinin dəyişdirilməsi, həmçinin Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edilib.
Komitə sədri Hadı Rəcəbli bildirib ki, nikaha girən şəxslərdən tibbi arayışın tələb olunması ilə bağlı qanunvericiliyin və Ailə Məcəlləsində dəyişikliklərin qüvvəyə minmə tarixinin dəyişdirilməsi tibbi arayışın verilməsi mexanizminin müəyyən vaxt tələb etməsi ilə bağlıdır: “Buna görə də Ailə Məcəlləsində dəyişikliklər haqqında Qanun 2015-ci il iyunun 1-dən qüvvəyə minəcək”.
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna nəzərdə tutulan əlavəyə görə, tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardım göstərmək mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir. Daha bir dəyişikliyə görə, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olaraq) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.
Digər sənədlərdə dəyişikliklər isə texniki xarakter daşıyır.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.шаблоны для dle 11.2





SENTYABR2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova