Valyuta.com

Səhiyyə naziri ölkəmizin ilk həkim-rezidentlərinə diplomları təqdim etdi

Səhiyyə naziri ölkəmizin ilk həkim-rezidentlərinə diplomları təqdim etdi

Məlum olduğu kimi, 2011-ci ildən ölkəmizdə həkim-mütəxəssis hazırlığı formalarından biri kimi rezidentura təhsilinin tətbiqinə başlanıb. Artıq 94 nəfər həkim-rezident ilk buraxılışın məzunu olub.
Bu günlərdə Səhiyyə Nazirliyində məzunlardan bir qrupuna diplomların təqdimetmə mərasimi keçirildi.
Toplantıda səhiyyə naziri Oqtay Şirəliyev gənc mütəxəssislərə şərəfli, məsuliyyətli işlərində uğurlar arzulayaraq qeyd etdi ki, əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da rezidentura təhsili tətbiq edilir və onun əsas məqsədi ali tibb təhsili sisteminin keyfiyyətinin ümumavropa prinsiplərinə uyğunlaşdırılması, yüksək ixtisaslı həkim-mütəxəssislərin hazırlanmasıdır: “Dövlət bütün sahələr kimi, səhiyyəyə də çox böyük diqqət ayırır. Ölkəmizdə bu sahədə köklü dəyişikliklər həyata keçirilib, yüzlərlə yeni, müasir səhiyyə müəssisələri tikilib və ya əsaslı təmir olunub, ən müasir avadanlıqla təchiz edilib. Tibb sahəsində görülən işlər, yaradılan şərait, infrastruktur, yüksək təchizat tibb işçilərinə əhaliyə keyfiyyətli tibbi xidmət göstərmək üçün geniş imkanlar açır. Doğrudur, bunlar çox mühüm işlərdir. Ancaq ən çətini və vacibi savadlı kadrların yetişdirilməsidir ki, bu istiqamətdə də lazımi addımlar atılır. Əldə olunan nailiyyətlər, əlbəttə ki, bizi sevindirir”.
Səhiyyə naziri rezidenturanın tətbiqinin ilk mərhələdə çətin olduğunu söylədi: “Ancaq çox sevindiricidir ki, bütün çətinliklər artıq arxada qalıb. Bu təhsil tibb sahəsində yüksək ixtisaslı mütəxəssis hazırlamaq üçün bütün dünyanın – Amerikanın, Avropanın və bizim də məmnuniyyətlə qəbul etdiyimiz bir yoldur”.
Oqtay Şirəliyev ölkəmizdə rezidentura bitirmiş ilk həkimlərə gələcək fəaliyyətlərində uğurlar arzuladı, onların peşəkar mütəxəssislər olacağına əminliyini bildirdi: “Həkimlik peşəsi çox məsuliyyətli və çətin peşədir. Arzu edirəm ki, siz bu məsuliyyəti dərk edərək, çətinliklərin öhdəsindən gələsiniz və uğurlu, bacarıqlı həkimlər olasınız. Əminəm ki, ilk rezident həkimlər yüksək ixtisaslı peşəkar mütəxəssislər olacaq və Azərbaycan səhiyyəsinin səviyyəsinin yüksəlməsinə layiqincə xidmət edəcəklər”.
Sonda səhiyyə naziri Oqtay Şirəliyev ilk rezident həkimlərə diplomları təqdim etdi.
Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova