Valyuta.com

Teymur Musayev ÜST Avropa Regional Komitəsinin illik sessiyasında çıxış edib

Teymur Musayev ÜST Avropa Regional Komitəsinin illik sessiyasında çıxış edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Komitəsinin 71-ci illik sessiyası keçirilib. ÜST Avropa Regional Bürosunun rəhbər və qərarverici orqanı olan Regional Komitənin toplantısı COVID-19 pandemiyası səbəbindən Kopenhagendən virtual formatda yayımlanıb.
Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən bildirildiyinə görə, onlayn tədbirdə ÜST-nin Avropa Regionundakı 53 üzv dövlətinin səhiyyə nazirləri, dövlət və hökumət başçıları və digər yüksək vəzifəli şəxslər səhiyyə sahəsində bütün Avropa regionu qarşısında duran əsas problemləri müzakirə ediblər.
Sessiyada ölkəmizi səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev təmsil edib.
T.Musayev "Fövqəladə hallara hazırlıq və cavab tədbirləri kontekstində COVID-19 pandemiyasından çıxarılan nəticələr" mövzusunda təqdimatla çıxış edib.
ÜST Avropa Regional Komitəsinin sessiyası əhalinin sağlamlıq və rifah vəziyyətini yaxşılaşdırmaq məqsədini daşıyan regional strategiyaların, tədbirlərin və maliyyə planlarının müzakirəsi və təsdiqlənməsi məqsədilə hər il səhiyyə nazirlərini bir araya gətirən, regionda ictimai sağlamlıq məsələləri üzrə əsas toplantıdır.
71-ci sessiyada nümayəndələr bölgənin 900 milyondan çox sakininin sağlamlıqla bağlı ehtiyaclarının və gözləntilərinin təmin edilməsi üzrə əsas vəzifələri və keçən il 2020-2025-ci illər üçün “Avropa sakinlərinin sağlamlığının yaxşılaşdırılması üçün birgə hərəkətlər” Avropa iş proqramının (EPR) qəbul edilməsindən sonra bu istiqamətdə baş vermiş irəliləyişləri müzakirə ediblər.
Nümayəndələr həmçinin COVID-19 pandemiyası müddətində çıxarılan nəticələr, COVID-19 əleyhinə vaksinasiyanın miqyasının genişləndirilməsi, baş verə biləcək növbəti pandemiyaya hazırlıq, ilkin tibbi-sanitar yardımın yenidən nəzərdən keçirilməsi, psixi sağlamlığın qorunması və tibbi-sosial xidmətlərə investisiyaların qoyulması, 2030-cu ilə qədərki dövr üçün immunizasiya sahəsində gündəliyin müəyyənləşdirilməsi, iqlim dəyişikliyi ilə əlaqədar olaraq sağlamlıqla bağlı tədbirlərin gücləndirilməsi, rəqəmsal səhiyyə xidmətlərindən daha fəal istifadə edilməsi, ÜST-nin davamlı maliyyələşdirilməsi kimi məsələlərə də baxıblar.шаблоны для dle 11.2





Sentyabr-2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova