Valyuta.com

Baş nazir Əli Əsədov Rusiya səhiyyə naziri ilə görüşüb

Baş nazir Əli Əsədov Rusiya səhiyyə naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirildiyinə görə, görüşdə səhiyyə sahəsində və tibbi kadrların hazırlığı üzrə əməkdaşlıq da daxil olmaqla, Azərbaycan-Rusiya münasibətlərinin bütün istiqamətlərdə uğurlu inkişafı məmnunluqla qeyd edilib.
Həmçinin koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə hər iki ölkədə görülən tədbirlərə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev, Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər iştirak ediblər.шаблоны для dle 11.2





AVQUST2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova