Valyuta.com

Azərbaycan Prezidentinin onkoloji xidmətin 80 illiyi münasibətilə beynəlxalq konfrans iştirakçılarına təbrik məktubu

Azərbaycan Prezidentinin onkoloji xidmətin 80 illiyi münasibətilə beynəlxalq konfrans iştirakçılarına təbrik məktubu

Hörmətli konfrans iştirakçıları!
Sizi – Azərbaycan onkoloqlarını, müxtəlif ölkələrdən Bakıya gəlmiş alimləri və konfransa videoformatda qatılan bütün iştirakçıları ürəkdən salamlayır, konfransın işinə və insanların sağlamlığının qorunmasına yönəlmiş nəcib fəaliyyətinizdə hər birinizə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.
Dünyanı qlobal pandemiyanın son dərəcə çətin sınaq qarşısında qoyduğu hazırkı vaxtda olduqca aktual mövzuda belə nüfuzlu bir konfransın ölkəmizin paytaxtında təşkilini məmnunluq hissi ilə qarşılayır, 80 illiyi qeyd olunan Azərbaycan onkoloji xidmətinin ötən dövr ərzində beynəlxalq miqyasda qazandığı etimadın göstəricisi hesab edirəm. Bu mötəbər konfransda dünyanın məşhur universitetlərini təmsil edən tanınmış alim və mütəxəssislərin iştirakı ilə tibb elminin son nailiyyətləri işığında aparılacaq geniş və ətraflı müzakirələr ölkələrin səhiyyə qurumları qarşısında duran mühüm məsələləri özündə birləşdirir.
Respublikamızda səhiyyə sisteminin davamlı təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Təbabətin sürətlə inkişaf edən sahələri üzrə ən müasir üsullarla müayinə və müalicə üçün kifayət qədər geniş imkanlar yaradılması nəticəsində bu istiqamətdə bir sıra uğurlar əldə etmişik. Beynəlxalq təcrübədən qarşılıqlı surətdə faydalanmaqla problemlərin həllinə yönəlmiş birgə səylərimizin vacibliyini isə xüsusi qeyd etmək istərdim. Ümidvaram ki, yüksək elmi və elmi-təcrübi əhəmiyyətə malik konfransınız azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcəkdir.
Ən xoş arzularla,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 may 2021-ci ilшаблоны для dle 11.2





MAY

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova