Valyuta.com

Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesi başladı

Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesi başladı

Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.
Bakı Sağlamlıq Mərkəzində başlayan vaksinasiya zamanı səhiyyə naziri Oqtay Şirəliyev, nazir müavinləri Viktor Qasımov və Elsevər Ağayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, nazirliyin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva, Tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva peyvənd olunublar.
Sonra vaksinasiyanın başlanması ilə bağlı mətbuat konfransı keçirilib.
Səhiyyə naziri Oqtay Şirəliyev jurnalistlərə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyi nəticəsində Azərbaycan öz əhalisini ilk vaksinasiya edən ölkələr sırasındadır: “Dünyada COVID-ə qarşı vaksin yaradıb istehsal edən cəmi bir neçə müasir şirkət var. Bütün ölkələr də öz əhalisini vaksinasiyadan keçirmək istəyir. Buna görə əksər ölkələrə növbə ilin sonuna, bəlkə də, gələn ilə çatacaq, bundan tez olmayacaq. Lakin bizim dövlət rəhbərinin nüfuzu sayəsində, demək olar ki, bütün firmalarla danışıqlar aparılıb. İstehsal olunan vaksinlərin xüsusiyyətləri, keyfiyyəti dəqiq öyrənilib. Nəticədə, mütəxəssislər qərara gəldilər ki, Azərbaycan üçün ən yaxşı vaksin Çinin "Sinovac" şirkətinin vaksinidir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığı o idi ki, ilk növbədə, vaksin təhlükəsiz olmalıdır. Bu vaksin bir neçə ölkədə kliniki sınaqlardan keçirilib, tədqiqatlar aparılıb. Peyvəndin mənfi təsirləri olmayıb. Bu, ən vacib məsələ idi.
İkinci məsələ vaksinin kifayət qədər effektivliyidir. Bununla bağlı müxtəlif ölkələrdə bir qədər fərqli nəticələr əldə olunub. Lakin vaksin çox effektlidir. Vaksin vurduran insanların müəyyən hissəsi xəstələnə bilər, lakin onlar bu xəstəliyi çox yüngül keçirdirlər.
Bunların hamısı nəzərə alınaraq, Azərbaycan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVAC” vaksinini seçib və alıb. Qardaş Türkiyədə də həmin vaksindən istifadə olunur. Beləliklə, həmin vaksin artıq Azərbaycandadır və bu gündən ölkəmizdə vaksinasiya kampaniyasına başlanılır”.
Tədbirdə çıxış edən İTSDA İdarə Heyətinin sədri Zaur Əliyev deyib ki, bu gün əlamətdar gündür, çünki Azərbaycan vaksinasiyaya başlayan ilk ölkələrdən biridir: “Çalışdıq ki, mövcud vaksinlərin ən təhlükəsizini seçək və əhaliyə tətbiq edək. Düşünürəm ki, qısa zamanda bunun təsirini də görəcəyik və COVID-19 pandemiyasına son qoyan ilk ölkələrdən biri olacağıq”.
Z.Əliyev bildirib ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, ilk növbədə, əhalinin sosial və tibbi cəhətdən yüksək risk qruplarının peyvənd edilməsi nəzərdə tutulur. Buna görə ilk olaraq tibb işçiləri vaksinasiya olunacaqlar: "Bu gündən bu prosesə başlanılıb. Ümid edirəm ki, proses xalqımız və Vətənimiz üçün uğurlu olacaq".
Koronavirusa qarşı vaksinasiyanın başlanması ilə bağlı İTSDA-nın məlumatında deyilir ki, “Sinovac” şirkətinin “CoronaVAC” vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb. Vaksinin ölkəyə mərhələli şəkildə gətirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin kollektivi ilklər sırasında koronavirusa qarşı vaksinasiyadan keçib. Nazirliyin könüllü surətdə vaksinasiya olunmaq istəyən əməkdaşları həkim yoxlanışından sonra peyvənd ediliblər.шаблоны для dle 11.2





Yanvar2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova