Valyuta.com

BMT PA iclasında COVID-19 üzrə qanunvericilik sahəsində görülmüş tədbirlər müzakirə edilib

BMT PA iclasında COVID-19 üzrə qanunvericilik sahəsində görülmüş tədbirlər müzakirə edilib

Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (PA) 51-ci plenar iclası keçirilib.
Milli Məclisdən verilən məlumata görə, videokonfrans formatında keçirilən tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan nümayəndə heyətləri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
İclasda Azərbaycanı Milli Məclisin sədri, MDB PA-da nümayəndə heyətimizin rəhbəri Sahibə Qafarova təmsil edib.
Virtual toplantıda COVID-19 pandemiyası ilə əlaqədar MDB iştirakçısı olan dövlətlərdə qanunvericilik sahəsində görülmüş tədbirlər müzakirə edilib. Həmçinin Avrasiya məkanında iqtisadi inteqrasiyanın vəziyyəti, perspektivləri və normativ-hüquqi təminatı, 2021-ci ildə MDB ölkələrinin dövlət orqanlarına keçiriləcək seçkilərin müşahidəsinə hazırlıq, MDB PA-nın AŞPA ilə əməkdaşlığının istiqamətləri və digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.шаблоны для dle 11.2





]Dekabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova