Valyuta.com

Türk Şurası və ÜST əməkdaşlığı möhkəmləndirirlər

Türk Şurası və ÜST əməkdaşlığı möhkəmləndirirlər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun (ARB) rəhbəri doktor Hans Klüge və Türk Şurasının Baş katibi Bağdad Amreyev iki təşkilat arasında bu ilin sentyabrında imzalanmış anlaşma memorandumunun həyata keçirilməsini müzakirə ediblər. Sənəd sağlamlıq və əməkdaşlıq naminə vahid fəaliyyət planının yaradılmasını nəzərdə tutur.
İki günlük məsləhətləşmələr zamanı tərəflər, ümumdünya səhiyyə əhatə dairəsi, peyvənd yolu ilə hamının sağlam həyatının təmin edilməsi və üzv dövlətlərdə qeyri-yoluxucu xəstəliklər barədə danışıblar.
Nəzərdə tutulmuş planların həyata keçirilməsini asanlaşdırmaq üçün Türk Şurasına üzv dövlətlərdə ÜST-nin əlavə əməkdaşlıq mərkəzlərinin yaradılmasının zəruriliyi xüsusi vurğulanıb.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan, Özbəkistan və digər ölkələrin İsveçrədəki nümayəndəliklərinin rəhbərləri ilə brifinq keçirilib, ÜST-nin Türk Şurasına üzv olan ölkələrdəki nümayəndələri tərəfindən məruzələr edilib.
Doktor Hans Klüge çıxışında ÜST-nin Avropa Regional Bürosu ilə Türk Şurasına üzv dövlətlər arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.шаблоны для dle 11.2





]Dekabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova