Valyuta.com

Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və oradan çıxarılması meyarları və qaydası təsdiq edilib

Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və oradan çıxarılması meyarları və qaydası təsdiq edilib

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları və qaydası”nın təsdiq edilməsi haqqında Qərar qəbul edib.
Təsdiq edilən sənədin “Ümumi müddəalar” adlanan 1-ci hissəsində bu Sənədin “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-17.3-cü maddəsinə əsasən hazırlandığı qeyd olunur.
“Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları” adlanan 2-ci hissədə müəyyən edilir ki, rəsmi statistik göstəricilərə əsasən son 5 il müddətində əhali arasında ölüm və əlillik faizi yüksək olan, sayında davamlı artım müşahidə edilən xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər xidmətlər zərfinə daxil olunur. Həmçinin müəyyən tibbi xidmətə ehtiyacı olan şəxslərin sayı nəzərə alınmaqla, bu xidmətin dəyərinin icbari tibbi sığorta fondunun maliyyə imkanlarına mütənasibliyi, müayinə və ya müalicə üsullarının sübutlu təbabət prinsiplərinə uyğunluğu, iqtisadi səmərəliliyi, eləcə də tibbi xidmətlərin ölkəmizdə fəaliyyət göstərən tibb müəssisələri tərəfindən göstərilməsi tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi meyarıdır. Müayinə və ya müalicə üsullarının tibbi və iqtisadi səmərəsizliyi, xəstəliklərin müayinəsində və müalicəsində yeni və səmərəli üsulların tətbiqi isə tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılmasına əsas ola bilər.
“Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması qaydası” adlanan 3-cü hissədə bildirilir ki, tibbi xidmətlər bu Qaydanın 2-ci hissəsində qeyd olunan meyarlara uyğunluq baxımından İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 5 ildə bir dəfədən az olmayaraq təhlil edilir və əsaslandırılmış təklif təqdim olunması barədə qərar verilir. Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılmasına dair Nazirlər Kabinetinin Qərarının layihəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə uyğun hazırlanır və Nazirlər Kabinetinə təqdim edilir.шаблоны для dle 11.2





Oktyabr 2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova