Valyuta.com

Övladlığagötürmə ilə bağlı qaydalara dəyişiklik olundu

Övladlığagötürmə ilə bağlı qaydalara dəyişiklik olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə övladlığa götürmə qaydalarına bəzi dəyişikliklər edib.
Belə ki, dövlət başçısı “Azərbaycan Respublikası Prezidentinin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanında və 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Ölkə rəhbəri həmçinin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) və digər aidiyyəti qurumların informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında Fərman verib.
Bu sənədə əsasən, “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanın icrası ilə əlaqədar olaraq təsdiqlənən siyahıda Səhiyyə Nazirliyinə aid bənd var. Belə ki, “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə Səhiyyə Nazirliyi üzrə Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi inteqrasiya olunacaq.
Fərmanda qeyd olunur ki, bu sistemin adıçəkilən altsistemə inteqrasiyası zamanı “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın tələbləri nəzərə alınmalıdır.
“Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli Fərmanına uyğun olaraq, həmin altsistemin siyahıda nəzərdə tutulan informasiya sistemləri və ehtiyatları ilə əlaqələndirilməsini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin edəcək.шаблоны для dle 11.2





]Dekabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova