Valyuta.com

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” qəbul edildi

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” qəbul edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sənəd Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədi daşıyır.
Yeni Sərəncamda “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilməklə yanaşı, orada nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi, eləcə də onların icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə həvalə olunur.
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nda müxtəlif tədbirlər arasında uşaqların sağlamlığı və Səhiyyə Nazirliyinin səlahiyyətləri dairəsinə aid olan digər bir sıra məsələlər də yer alıb.
Fəaliyyət Planının Giriş hissəsində qeyd olunur ki, bu sənəddə pandemiya və digər fövqəladə vəziyyətlər də nəzərə alınmaqla, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, xüsusi vəziyyətlərdə uşaqların bütün növ xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin olunması məsələləri, xüsusilə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb. Erkən yaş dövründə uşaqların inkişafının təmin olunması ilə bağlı körpələrin ana südü ilə qidalanmasının əhəmiyyətinin təbliği, doğuşayardım tibb müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, uşaqların əlilliyinin qarşısının alınması və inkişaf pozuntularının erkən aşkarlanması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi və bu sahədə metodikaların təkmilləşdirilməsi nəzərdə tutulub. Təhlükəsiz həyat fəaliyyəti, sağlam həyat tərzinin və asudə vaxtın təşkili istiqamətində tədbirlər də planlaşdırılan əsas məsələlərdəndir.
Fəaliyyət Planının əhatə etdiyi istiqamətlər arasında erkən yaş dövründə uşaqların fiziki və əqli inkişafının təmin edilməsi, sağlam qidalanması üçün tədbirlər görülməsi, eləcə də uşaqların sağlam böyüməsi üçün göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması da var.
Bu tədbirlər həyata keçirilərkən rəhbər tutulan prinsiplərdən biri də təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət və idman sahələrində bütün uşaqlar üçün bərabər imkanların yaradılmasıdır.
Fəaliyyət Planında göstərilən tədbirlərin icrasına tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı dövlət orqanları (qurumları) üçün nəzərdə tutulmuş vəsait, büdcədənkənar vəsait, qrantlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
“Fəaliyyət Planının icrası üçün Tədbirlər Planı”nda Səhiyyə Nazirliyi tərəfindən də həyata keçiriləcək tədbirlər nəzərdə tutulub.
“Uşaqların müdafiəsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi” bölməsində uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarların, habelə dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətin keyfiyyətinə dair tələblərin hazırlanması; təlimlər və qısamüddətli kurslar təşkil etməklə uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi; çətin həyat şəraitində olan uşaqların aşkarlanması və onlara münasibətdə sosial müdafiə tədbirlərinin həyata keçirilməsi üzrə işlək mexanizm yaradılması istiqamətində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması; baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması bəndlərində Səhiyyə Nazirliyi də icraçı qurumlardan biridir.
“Erkən uşaqlıq dövründə uşaqların inkişafının təmin olunması” bölməsində ölkə ərazisində antenatal yardım, doğuşayardım xidmətləri göstərən tibb müəssisələri şəbəkəsinin genişləndirilməsi, eləcə də onların zəruri tibbi avadanlıqla, dərman və tibbi ləvazimatla təchiz olunması üçün tədbirlər görülməsi, müasir metodların tətbiqi ilə yenidoğulanların, vaxtından əvvəl doğulan uşaqların reanimasiyasının təşkili; antenatal, perinatal və neonatal xidmətlər göstərən tibb müəssisələrində çalışan tibb işçilərinin təlimlərə və klinik təcrübələrə cəlb edilməsi; uşaq ölümünün azaldılması, qarşısının alınması və evdə doğuşların riskinin əsaslandırılması məqsədilə hərtərəfli tədqiqatlar aparılması; doğuşayardım tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin davamlı monitorinqi və qiymətləndirilməsi sisteminin yaradılması; körpələrin ana südü ilə qidalanmasının əhəmiyyətinə və süni qida məhsullarından istifadənin sağlamlıq üçün risklərinə dair təbliğat işinin təşkili bəndləri Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (İTSDA); gələcəyin anaları və hamilə qadınlar üçün “Sağlam və Təhlükəsiz Hamiləlik” mobil tətbiqinin hazırlanması və onun vasitəsilə hamiləliklə bağlı zəruri məlumatların analara ötürülməsi, habelə antenatal və postnatal qayğı ilə bağlı tövsiyələr verilməsi bəndi isə onlarla yanaşı, həm də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilib.
Həmin bölmədə uşaqlarda sağlamlıq imkanları məhdudluğunun qarşısını almaq, uşağın inkişafının pozulması hallarının əvvəlcədən aşkarlanması metodikasının təkmilləşdirilməsi, yenidoğulanların ən geniş yayılmış irsi xəstəliklərə skrininqinin (neonatal skrininq) milli səviyyədə təşkili istiqamətində tədbirlər görülməsi bəndinin icrası Səhiyyə Nazirliyi ilə bərabər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və İTSDA-ya, uşaqlarla bağlı rasional fizioloji normaların hazırlanması isə Səhiyyə Nazirliyi ilə bərabər, Qida Təhlükəsizliyi Agentliyinə (QTA) tapşırılıb.
Bu bölmənin daha iki bəndində əsas icraçı QTA, digər icraçılar Səhiyyə Nazirliyi və İTSDA-dır. Bu bəndlər uşaq qida məhsullarının minimum keyfiyyətinə, təhlükəsizliyinə dövlət nəzarətinin və ictimai nəzarətin gücləndirilməsini; habelə 3 yaşınadək uşaqlar üçün qidalara dair sanitariya norma və qaydalarının hazırlanmasını nəzərdə tutur.
Tədbirlər Planının “Çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi və onlar üçün bərabər imkanlar yaradılması” bölməsində erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması sahəsində tədbirlərin gücləndirilməsi və maarifləndirmə işinin təşkili; uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının aşkar edilməsi və bu halların qarşısının alınması istiqamətində qurumlararası əlaqələndirmə işinin təşkili və fəaliyyətin gücləndirilməsi, o cümlədən bu halların mənfi nəticələri barədə ictimaiyyətin maarifləndirilməsi, dövlət orqanlarının (qurumlarının) və qeyri-dövlət sektorunun nümayəndələri üçün uşaq əməyinin istismarı hallarının aradan qaldırılması sahəsində təlimlərin təşkili; Ermənistanın təcavüzü nəticəsində əziyyət çəkən ailələrin uşaqlarına sosial və psixoloji dəstək göstərilməsi istiqamətində tədbirlərin gücləndirilməsi; qaçqın və sığınacaq axtaran, eləcə də digər həssas qrupa daxil olan 18 yaşınadək əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsil, sağlamlıq və sosial hüquqlarının təmin edilməsi istiqamətində tədbirlər görülməsi bəndlərində Səhiyyə Nazirliyi icraçı qurumlardan biridir.
“Uşaqların mədəni-estetik tərbiyəsi və onların inkişaf hüququnun təmin edilməsi” bölməsində uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi və bu istiqamətdə yeni platformalar yaradılması bəndi; “Uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin monitorinqi və qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi” bölməsində Vahid Miqrasiya Məlumat Sistemində ölkə ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış əcnəbi və vətəndaşlığı olmayan şəxslərin vahid məlumat bazasının yaradılması və belə şəxslər barədə məlumatların mütəmadi qaydada həmin bazaya daxil edilməsi bəndi digər qurumlarla yanaşı, Səhiyyə Nazirliyinə də həvalə olunub.шаблоны для dle 11.2





]Dekabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova