Valyuta.com

Səhiyyə naziri Oqtay Şirəliyev ÜST Avropa Regional Komitəsinin 70-ci sessiyasında çıxış edib

Səhiyyə naziri Oqtay Şirəliyev ÜST Avropa Regional Komitəsinin 70-ci sessiyasında çıxış edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa Regional Komitəsinin 70-ci sessiyası virtual formatda keçirilib.
Tədbirdə Azərbaycanı təmsil edən Səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə COVID-19 epidemiyasına qarşı həyata keçirilən mübarizə tədbirləri ilə bağlı çıxış edib.
ÜST Avropa Regional Komitəsinin 70-ci yubiley sessiyası münasibətilə iştirakçıları təbrik edən nazir təşkilatın yaradılması və inkişafı yolunda böyük zəhmət çəkmiş insanlara minnətdarlığını bildirib. O, bu gün Regional Komitənin sükanı arxasında 25 illik praktik iş təcrübəsi olan doktor Hans Klüge kimi bir insan durduğuna görə, ictimai səhiyyə və sağlamlıq qarşısında dayanan istənilən qlobal çağırışın öhdəsindən gəlinəcəyinə inamını ifadə edib.
Oqtay Şirəliyev vurğulayıb ki, koronavirus epidemiyası bütün ölkələrə bu dünyada nə dərəcədə qarşılıqlı əlaqədə və qarşılıqlı asılılıqda olduğumuzu bir daha nümayiş etdirdi: “Bütün dünya ölkələrini pandemiya ilə mübarizədə birləşdirən bu bəla bizim ölkədən də yan keçmədi. Azərbaycanda ilk yoluxma halları təsbit edilən andan hökumət yanında Operativ Qərargah yaradıldı və o, infeksiyanın ölkəmizdə yayılmasının qarşısını almaq üçün dəqiq strategiya hazırladı.
Xəstələrin müalicəsinin əsas yükünün stasionar müəssisələrin üzərinə düşdüyü bir çox ölkələrdən fərqli olaraq, bizdə ambulator-poliklinika müəssisələrinin geniş şəbəkəsi, xeyli sayda sahə terapevtləri və pediatrları bu işə cəlb ediliblər. Bu, ilk növbədə, xəstəliyin erkən mərhələlərdə aşkarlanmasına və müalicəyə vaxtında başlanmasına, eyni zamanda, təmasda olan şəxslərin müəyyənləşdirilməsi, təcrid olunması və müşahidə altında saxlanmasına, beləliklə, infeksiyanın yayılmasının qarşısını almağa imkan verir. Virus aşkarlanan bütün pasiyentlər lazımi dərman preparatları paketi ilə pulsuz təmin edilirlər.
Qeyd etmək lazımdır ki, koronavirusun ambulator müalicəsi çox yaxşı nəticə verdi və xəstələrin hospitalizasiyasına göstərişlərin kəskin azalmasına imkan yaratdı. Hazırda yoluxmuş şəxslərin yalnız 10 faizdən az hissəsi, əsasən risk qrupuna aid və yanaşı somatik xəstəlikləri olan şəxslər xəstəxanalara yerləşdirilirlər.
ÜST-nin həm Baş Qərargahı, həm də Regional ofisi ilə əməkdaşlıq, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində digər ölkələrlə əməkdaşlıq və təcrübə mübadiləsi Azərbaycan üçün koronavirusla mübarizədə əhəmiyyətli dəstək oldu.
Bu gün ölkəmizdə koronavirusla mübarizə hökumətin tam nəzarəti altındadır və karantin rejimi mərhələli şəkildə yumşaldılır.
Əminliklə demək olar ki, vaxtında həyata keçirilmiş bütün bu qəti tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəqiq və uzaqgörən siyasətinin nəticəsidir. Qlobal pandemiya və iqtisadi durğunluq şəraitində dövlət başçısının göstəriş və sərəncamları ilə bir sıra çox mühüm tədbirlər həyata keçirilib:
Belə ki, ölkədə 700-dən artıq müasir səhiyyə müəssisəsi olsa da, koronaviruslu xəstələrin müalicəsi üçün 11 yeni modul tipli xəstəxana ən qısa müddətdə inşa edilib. Pandemiyanın əvvəlində ölkədə yalnız 6 laboratoriyada bu infeksiya müəyyən olunurdusa, indi 34 laboratoriya bu işə cəlb edilib.
Tibbi maskalara və dezinfeksiya vasitələrinə artan ehtiyacları ödəmək üçün onların istehsalı üzrə beynəlxalq İSO standartlarına uyğun iki müəssisə qısa müddətdə istifadəyə verilib.
Karantin zamanı əhalinin sosial-iqtisadi vəziyyətini nəzərə alaraq, Prezidentin göstərişinə uyğun surətdə, işçilərin iş yerləri və əməkhaqları saxlanılıb, daimi iş yerləri olmayanlara sosial müavinət verilib.
Tibb işçilərinin pandemiya şəraitində fədakar əməyini yüksək qiymətləndirən ölkə rəhbərliyi COVID-19 infeksiyası ilə mübarizə aparan səhiyyə işçilərinin əməkhaqlarının 3-4-5 dəfə artırılması ilə bağlı qərar qəbul edib.
Xarici siyasətə gəlincə, ölkəmiz koronavirus epidemiyası şəraitində növbəti dəfə özünün humanist dəyərlərə sadiqliyini nümayiş etdirib. Belə ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolları həcmində ianə verib, əlavə olaraq, sədrlik etdiyi Qoşulmama Hərəkatı ölkələrinə yardım üçün ÜST-yə daha 5 milyon ABŞ dolları ayırıb. Bundan başqa, Azərbaycan pandemiya ilə mübarizə məqsədilə 30-dan artıq ölkəyə humanitar yardım edib.
Ümumilikdə, Azərbaycan hökumətinin koronavirus pandemiyası ilə mübarizə modelini “Dünya ilə həmrəylik və hər bir vətəndaş üçün məsuliyyət” adlandırmaq olar.
Bu pandemiya bir daha bütün dünyaya xatırlatdı ki, cəmiyyətin tərəqqisinin, sosial, iqtisadi və siyasi stabilliyinin əsasını sağlamlığı müəyyənləşdirən sosial amillər təşkil edir. Sağlam ictimai səhiyyə gələcəyə qoyulan ən əsas sərmayədir”.
Qeyd edək ki, ÜST Avropa Regional Komitəsinin budəfəki virtual toplantısı Azərbaycan da daxil olmaqla, Avropa regionu ölkələrinə COVID-19 pandemiyası kimi qlobal əhəmiyyətli səhiyyə məsələsini müzakirə etmək imkanı verib. Sessiyada qəbul olunan qərarlar ÜST Avropa regionu ölkələrində yaşayan 900 milyon insanın sağlamlığına və rifahına təsir göstərə biləcək kollektiv öhdəliklər yaradır.шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova