Valyuta.com

Prezident İlham Əliyev: “Bəşəriyyət pandemiyaya qarşı mübarizəyə yalnız həmrəylik və birgə səylər sayəsində nail ola bilər”

Prezident İlham Əliyev: “Bəşəriyyət pandemiyaya qarşı mübarizəyə yalnız həmrəylik və birgə səylər sayəsində nail ola bilər”

“COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının videotoplantısı keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət və hökumət başçılarının “COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda videoformatda keçirilmiş toplantısında çıxış edib.
Dövlətimizin başçısı məlumat verib ki, “Minilliyin İnkişaf Məqsədləri”nə nail olmuş Azərbaycan “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasına da mühüm əhəmiyyət verir və bu sahədə ciddi irəliləyiş əldə edib. Nailiyyətlərimizin əks olunduğu “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”ndakı “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü pillədədir.
Prezident İlham Əliyev Dayanıqlı İnkişaf Məqsədləri arasında iqtisadi və sosial hədəflər üzrə ölkəmizdə qazanılan uğurlardan danışıb. Qeyd edib ki, Azərbaycan enerji sahəsindən əldə olunan gəlirlərin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsü səviyyəsinə görə dünya üzrə ən yüksək pillələrdədir.
Dövlət başçısı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, bununla bağlı meydana çıxan sosial problemlər və onların həlli üzrə görülən işlərdən danışıb. Bildirib ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində meydana gəlmiş çətinliklər səbəbindən Azərbaycan müstəqilliyinin ilk illərində beynəlxalq ictimaiyyətdən humanitar yardım qəbul edirdi. Sonra isə özü donor ölkəyə çevrildi və son 15 ildə 120-yə yaxın ölkəyə maliyyə və humanitar yardımı göstərib.
Prezident İlham Əliyev söyləyib ki, COVID-19 pandemiyası dünyanın bütün ölkələrinə mənfi təsir edib. Milyonlarla insanın kəskin yoxsulluq vəziyyətinə düşəcəyi gözləniləndir. Bizim iqtisadiyyata da təsir etmiş pandemiya dövründə dövlət gəlirlərinin azalmasına baxmayaraq, hökumət iş yerlərinin və səhiyyənin qorunması, habelə iqtisadi inkişafı təmin etmək məqsədilə ümumi daxili məhsulun 3 faizi həcmində maliyyə vəsaiti ayırıb. Pandemiyanın fəsadlarının aradan qaldırılması, iqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlığının təmin edilməsi, işsizlik probleminin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim olunub. Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı, yəni ölkə əhalisinin yarısını əhatə edir.
Dövlət başçısı xüsusi vurğulayıb ki, pandemiya ilə mübarizənin maliyyələşdirilməsi xarici maliyyə yardımı olmadan, yalnız daxili mənbələr hesabına həyata keçirilib. Bundan əlavə, Azərbaycan COVID-19 ilə bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Prezident bildirib ki, pandemiyadan sonrakı dövrdə bizim əsas prioritetlərimiz iqtisadi inkişafı, iqtisadi və maliyyə sabitliyini təmin etmək, sağlam və rəqabətqabiliyyətli insan kapitalını daha da inkişaf etdirmək, dayanıqlı iş yerləri yaratmaq və iqtisadi fəaliyyətin yeni sahələrini inkişaf etdirməkdən ibarət olacaq.
“Bəşəriyyət pandemiyaya qarşı mübarizəyə, onun fəsadlarının aradan qaldırılmasına yalnız həmrəylik və birgə səylər sayəsində nail ola bilər”, - deyən Prezident İlham Əliyev xatırladıb ki, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə üzrə Xüsusi Sessiyasının keçirilməsi təklifi BMT-nin üzvü olan 130-dan çox ölkə tərəfindən dəstəklənib: “İnanıram ki, Xüsusi Sessiya pandemiyanın təsir etdiyi bütün sahələrin kompleks şəkildə müzakirə olunmasında çərçivə rolunu oynayacaq və onun yaratdığı fəsadların aradan qaldırılması səylərinə töhfə verəcəkdir”.шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova