Valyuta.com

Səhiyyə naziri Oqtay Şirəliyev Kuba nümayəndə heyətini qəbul edib

Səhiyyə naziri Oqtay Şirəliyev Kuba nümayəndə heyətini qəbul edib

Səhiyyə naziri Oqtay Şirəliyev COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə Kubadan gələn tibb heyətinin rəhbəri professor Dalsi Torres Avilla və Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo ilə görüşüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Oqtay Şirəliyev Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə və müalicə üsullarından danışaraq, ölkədəki səhiyyə vəziyyəti haqqında məlumat verib, bildirib ki, bu sahədə əldə olunan nailiyyətlər ölkə başçısı İlham Əliyevin səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir. Nazir çıxışında kubalı həkimlərin müalicə üsulları və istifadə olunan dərman vasitələri ilə bağlı müsbət nəticələrin əldə olunduğunu xüsusilə vurğulayıb.
Kuba tibb heyətinin rəhbəri, professor Dalsi Torres Avilla çıxışı zamanı Azərbaycanda xəstəxana-müalicə infrastrukturu barədə təəssüratlarından danışıb. Heyət rəhbəri bildirib ki, həkim və orta tibb işçisi potensialının kifayət qədər olması təqdirəlayiq haldır. Bunun yalnız koronavirus xəstələrinin deyil, digər xəstəliklərin də müalicəsinə böyük təsiri olduğunu bildirən Dalsi Torres Avilla kubalı həkimlərin ixtiralarının koronavirus infeksiyasının müalicəsində effektiv təsirlərinin olduğunu da vurğulayıb.
Görüşdə səhiyyənin digər sahələrində də gələcəkdə əməkdaşlığın məqsədəuyğunluğu xüsusi qeyd edilib.шаблоны для dle 11.2





]Avqust

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova