Valyuta.com

Milli Məclisin Səhiyyə komitəsinin növbəti onlayn iclası keçirilib

Milli Məclisin Səhiyyə komitəsinin növbəti onlayn iclası keçirilib

Milli Məclisin Səhiyyə komitəsinin növbəti onlayn iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi (ikinci oxunuş), “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihələri daxil edilib.
Əhliman Əmiraslanov qeyd edib ki, “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklər “Əhalinin sağlamlığının qorunması” haqqında 2019-cu il 27 iyun tarixli Qanunun icrası ilə əlaqədar hazırlanıb. Həmin Qanuna əsasən, tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri ambulator xidmət göstərən tibb müəssisələri üçün 2000 manat, stasionar xidmət göstərən tibb müəssisələri üçün isə 4000 manat müəyyənləşdirilib. Sənəddə akkreditasiyaya görə dövlət rüsumunun xüsusiyyətləri öz əksini tapıb.
Onlayn iclasda bildirilib ki, İnzibati Xətalar Məcəlləsində, “Yol hərəkəti haqqında” Qanunda və həmin Qanuna 1 saylı Əlavədə “dərman qutuları” sözlərinin “ilk tibbi yardım qutusu” sözləri ilə əvəz edilməsi təklif olunur. Belə ki, əksər xarici dövlətlərin də təcrübəsi nəzərə alınaraq, ilkin tibbi yardım zamanı zərərçəkənlərə ixtisasca həkim olmayan şəxslər tərəfindən hər hansı dərman vasitəsinin verilməsi məqbul hesab edilmədiyinə və dərman vasitəsinin avtomobildə saxlanması şəraitinin (temperatur, rütubətlik və sair amillər baxımdan) onun keyfiyyətinin pozulmasına səbəb ola biləcəyinə görə nəqliyyat vasitələrində (avtobusda, minik və yük avtomobillərində, təkərli traktorda) dərman vasitələrinin saxlanılması məqsədəmüvafiq hesab edilmir. Bunu nəzərə alaraq, ilk tibbi yardım qutusunda yol-nəqliyyat hadisələri zamanı ilkin tibbi yardım göstərilməsinə kifayət edə biləcək qədər və çeşiddə tibbi ləvazimatlar və dərman vasitələri nəzərdə tutulmalıdır.
İclasda komitə üzvləri Rəşad Mahmudov, İlham Məmmədov, Soltan Məmmədov, Məlahət İbrahimqızı, Ülvi Quliyev, Müşfiq Məmmədli, Kəmaləddin Qafarov, Kamilə Əliyeva, Anatoliy Rafailov, Sədaqət Vəliyeva qanun layihələri ilə bağlı öz fikirlərini bildiriblər.
Müzakirələrdən sonra hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.шаблоны для dle 11.2





İyun

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova