Valyuta.com

Prezident İlham Əliyev: “Bu yardım ölkələrimiz və xalqlarımız arasında münasibətlərin ruhunu əks etdirir”

Prezident İlham Əliyev: “Bu yardım ölkələrimiz və xalqlarımız arasında münasibətlərin ruhunu əks etdirir”

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edərək, koronavirusla mübarizə ilə bağlı Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib, bunu bu ağır dövrdə dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib.
Prezident İlham Əliyev bu yardımın ölkələrimiz və xalqlarımız arasında münasibətlərin ruhunu əks etdirdiyini bildirib.
Telefon söhbəti zamanı Azərbaycan investisiyası hesabına Ukraynada həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər də müzakirə olunub.
Prezident İlham Əliyev və Prezident Vladimir Zelenski postpandemiya dövründə də siyasi, iqtisadi-ticarət, nəqliyyat sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıblar.
Ukrayna Prezidenti Ramazan ayının başa çatması və Respublika Günü münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.
Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirib.
Söhbət zamanı bir sıra ikitərəfli və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan dövləti indiyədək COVID-19 infeksiyası ilə mübarizə məqsədi ilə 13 ölkəyə və üç beynəlxalq təşkilata yardım və ianələr edib. Yardım üçün müraciət edən ölkələrə təyyarələrlə yüzlərlə ton tibbi məhsullar – Azərbaycanda istehsal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərilib.шаблоны для dle 11.2





]Oktyabr-Noyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova