Valyuta.com

Prezident İlham Əliyev: “Azərbaycan pandemiya ilə beynəlxalq mübarizəyə böyük töhfə verir”

Prezident İlham Əliyev: “Azərbaycan pandemiya ilə beynəlxalq mübarizəyə böyük töhfə verir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Mir” televiziya kanalına eksklüziv müsahibə verib.
2020-ci ilin ən mühüm hadisəsi olan koronavirus pandemiyası haqqında suala cavab verən Prezident İlham Əliyev qeyd edib ki, insanlarımızın sağlamlığını və həyatını qorumaq məqsədilə biz lap əvvəldən məhdudlaşdırıcı tədbirlər gördük və onlar özünü doğrultdu. Bu tədbirlər tədricən sərtləşdirildi və son nəticədə xüsusi karantin rejimi tətbiq olundu: “Bütün resurslarımızın səfərbərliyə alınması, pasiyentlərin layiqincə müalicəsini təmin etmək məqsədilə tibbi preparatların, zəruri avadanlıqların əldə edilməsi üzrə böyük təşkilati iş aparıldı. Qısa müddətdə tibbi maskaların və dezinfeksiyaedici vasitələrin istehsalı üzrə müəssisə işə salındı. Həmçinin yaxın vaxtlarda həkimlər üçün xüsusi geyimlər istehsal edən müəssisə işə salınacaq. Yaxın vaxtda hər birində 200 çarpayı olmaqla 10 yeni xəstəxananın istifadəyə verilməsi planlaşdırılır. Bu, yeni tikinti texnologiyaları – modul tipli texnologiyalardır. Bu günədək 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb, o cümlədən bu yaxınlarda 575 pasiyent üçün nəzərdə tutulan ən müasir xəstəxana açılıb. Həmçinin koronavirusla mübarizəyə cəlb edilən tibbi heyətin sosial təminatı üçün tədbirlər görülüb. Bu kateqoriyadan olan tibb işçilərinin əməkhaqqı müvafiq olaraq 3, 4 və 5 dəfə artırılıb. Yeni laboratoriyalar alınıb. Bu gün laboratoriyaların sayı artıq 23-dür. Bu bizə gündə bir neçə min test keçirmək imkanı yaradır. Ümumilikdə, 160 mindən çox test keçirilib və əhalinin bir milyon nəfərinə düşən testin sayına görə Azərbaycan ön sıralardadır”.
Prezident İlham Əliyev vurğulayıb ki, görülən bütün tədbirlər, o cümlədən məhdudlaşdırıcı tədbirlər vətəndaşların təhlükəsizliyini, sağlamlığını təmin etmək və onların həyatını qorumaq məqsədi daşıyıb. Müşahidə edilən müsbət dinamikaya əsaslanaraq karantin rejimi tədricən yumşaldılıb: “Biz vəziyyətin müvafiq daimi monitorinqini gələcəkdə də davam etdirəcəyik və əgər görsək ki, yumşaltma xarakteri daşıyan tədbirlər yoluxanların kəskin artmasına gətirib çıxarır, o halda məhdudlaşdırıcı tədbirləri yenidən gücləndirməli olacağıq”.
“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanın bu istiqamətdə fəaliyyətini necə qiymətləndirir?” sualına cavab olaraq dövlət başçısı deyib ki, ÜST Baş direktorunun mart ayının sonunda ona ünvanlandığı məktubda koronavirusla mübarizə işində Azərbaycanın nümunəvi ölkə olduğu bildirilib: “Biz, ilk növbədə, milli səviyyədə işləməklə, həmçinin beynəlxalq birliyin daha sıx birləşməsinə, diqqətin bu problemə cəlb edilməsinə, habelə koronavirusa müqavimət üzrə birgə işlərin gücləndirilməsinə çalışırıq. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının sədridir. Apreldə və mayda iki sammit keçirildi. Özü də birinci sammit – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti, ümumiyyətlə, dünyada bu mövzuya həsr edilən videokonfrans formatında ilk sammit idi. Dövlət və hökumət başçılarının böyük sayda iştirakı ilə bu tədbirlərin uğurlu keçirilməsi nəticəsində biz ümumi bəlaya qarşı mübarizədə vahid yanaşmalar əldə etdik. Eləcə də həm tibbi sahədə, həm də pandemiyanın bütün ölkələrə böyük zərər vurduğu iqtisadi sahədə müxtəlif səviyyələrdə işçi qruplar yaradıldı. Beləliklə, Azərbaycan dünya birliyinin məsuliyyətli və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatdır və Azərbaycan bu təşkilatda üç il sədrlik edəcək. Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşünün keçirilməsi təşəbbüsü Hərəkatda çox müsbət qarşılandı. Sammit göstərdi ki, biz səyləri birləşdirməklə bu bəlaya qarşı daha təsirli müqavimət göstərə bilərik. Həmçinin Azərbaycan bir neçə ölkəyə zəruri maliyyə və texniki, o cümlədən tibbi preparatlar və qoruyucu vasitələr yardımı edib. Biz pandemiyaya qarşı mübarizə işinə Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə iki dəfə donor töhfəsi etdik. Mart ayında ÜST ilə Azərbaycan arasında donor sazişi imzalandı, biz bu bəla ilə qlobal səviyyədə mübarizə üçün quruma 5 milyon dollar ayırdıq. May ayında isə Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın virusdan daha çox zərər çəkən üzvlərinə yardım göstərilməsi üçün ÜST-yə əlavə olaraq 5 milyon dollar ianə etdik. Müvafiq qərara əsasən, ÜST və Azərbaycan bu yardımın miqyasını və təqdim ediləcəyi ölkələri birgə müəyyənləşdirəcək”.
Prezident İlham Əliyev söyləyib ki, bu ilin birinci rübündə sosial-iqtisadi inkişafın nəticələri müsbət olsa da, neftin qiymətinin düşməsinə və digər amillərə görə gələcəkdə ölkə iqtisadiyyatında enmə müşahidə olunması istisna deyil. Buna baxmayaraq, koronavirusdan daha çox zərər görən sahələrdə işləyən insanlara yardım üçün minimum 2 milyard dollar həcmində mühüm maliyyə resursları səfərbər edilib: “Azərbaycan dövləti məqsədyönlü, sistemli fəaliyyət göstərir. İlk növbədə, bu, insanların sağlamlığı və təhlükəsizliyidir. İkinci növbədə, bu, iqtisadi inkişaf, habelə əhalinin sosial müdafiəsidir. Həmçinin beynəlxalq əməkdaşlıqla bağlı məsələlər, hesab edirəm, Azərbaycan tərəfindən ən məsuliyyətli şəkildə başladıldı”.
Dövlətimizin başçısı Böyük Vətən müharibəsində Azərbaycanın iştirakı, müharibə veteranlarına ölkəmizdə göstərilən qayğı, Azərbaycan – Rusiya münasibətlərinin daha yaxşı inkişafı üçün perspektivlər, bu gün Azərbaycan mədəniyyətində rus dilinin rolu kimi sualları cavablandırıb. Sonda Qələbə günü münasibətilə “Mir” teleradio şirkətinin tamaşaçılarına arzularını bildirən Prezident İlham Əliyev deyib: “Fürsətdən istifadə edərək, bütün veteranlara bu mürəkkəb dövrdə cansağlığı arzulamaq istərdim. Bu gün pandemiya şəraitində hər birimiz yaxınlarımızı, cavabdeh olduğumuz insanları qorumalıyıq. Azərbaycanda pandemiya şəraitində belə şüarlar yaranıb: “Biz birlikdə daha güclüyük”, “Biz birlikdə güclüyük”. Elə bu şüarlarla da müsahibəni bitirmək istərdim”.шаблоны для dle 11.2





]May

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova